/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

AŞPA narahatlığını bildirdi

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Füzuli rayonunun Alıxanlı kəndində baş vermiş hadisədən narahatlıqlarını ifadə ediblər və 2 yaşlı uşaq da daxil olmaqla, dinc sakinlərin həyatını itirməsindən təəssüfləndiklərini bildiriblər. Qrumun internet sayıtının məlumatına görə bu barədə ermənistan üzrə həmməruzəçilər Alan Meale və Cuzeppe Galati və Azərbaycan üzrə həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın birgə bəyanatında deyilir. Onlar tərəfləri atəşkəs rejiminə əməl etməyə və ATƏT-in Minsk qrupunun təşkilatçılığı ilə danışıqlar masasına qayıtmağa çağırıblar. Həmməruzəçilər münaqişənin hərbi yolla həllinin olmadığını qeyd ediblər. Onlar münaqişənin bütün qurbanlarının ailələrinə başsağlığı veriblər.

19:00 / 07.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 12672
Bu ay: 263868
Ümumi: 13753484
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın