/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Dünya ictimaiyyəti ermənilərin əməlini pislədi

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan hərbi birləşmələrinin son təxribatı nəticəsində Füzuli rayonunun Alıxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi dünya ictimaiyyətində çox ciddi rezonans doğurub. Faciə ilə bağlı verilən bəyanatlarda beynəlxalq birliyin Azərbaycan ərazi bütövlüyünə və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək ifadə edən müddəalar öz əksini tapıb. ABŞ Dövlət Departamentinin bəyantında münaqişənin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn normalarına uyğun tənzimlənməsi xüsusi vurğulanır. Bu isə o deməkdir ki, Vaşinqton münaqişənin ədalətli həlli ilə bağlı konkret mövqe ortaya qoyur. Həmsədrlərin ikinci birgə bəyanatında təxribatların Ermənistan tərəfindən törədildiyi, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini pozduğu və danışıqlar prosesini əngəllədiyi öz əksini tapıb. Avropa parlamentinin xarici əlaqələr komitəsinin sədri Devid Makallister, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms və Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlıq komitəsinin həmsədri Səyyad Kərim birgə bəyanatda münaqişənin tez bir zamanda siyasi yolla, beynəlxalq hüquq normalarına uyğun qaydada nizamlanmasına çağırıblar. Onlar faktiki olaraq Azərbaycanın bu günə kimi ortaya qoyduğu prinsipial mövqeni dəstəkləyərək münaqişənin qısa zamanda, beynəlxalq hüququn normaları çərçivəsində həllinə səsləyiblər. Son hadisələrdən və Dağlıq Qarabağda gərginliyin artmasından BMT də ciddi narahatlıq bildirilib. BMT-nin mətbuat katibi Stefan Düjarrik bildirib ki, bütün tərəflər istənilən hərbi fəaliyyətdən çəkinməli, vəziyyətin deeskalasiyası və zorakılığın qarşısının alınması üzrə addımlar atmalıdırlar. Bütün bəyanatlardan göründüyü kimi, beynəlxalq hüququn əsas norması olan dövlətlərin ərazi bütövlüyü məsələsini xüsusi olaraq qabardılır ki, bunun da çox ciddi səbəbləri var. Digər önəmli məqam isə məhz Ermənistan tərəfin atəşkəs rejimini pozması nəticəsində dinc azərbaycanlıların, xüsusilə də ikiyaşlı uşağın qətlə yetirildiyi faktının qabardılmasıdır ki, bu da İrəvanın ilk növbədə mülki insanlara qarşı təcavüzkar siyasət apardığını sübuta yetririr. Bütün sadalanan məqamlar sübut edir ki, dünya ictimaiyyəti Ermənistanı təxribatçı, beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozan və ona riayət etməyən, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini əngəlləyən dövlət olduğunun yaxşı fərqindədir. Bu isə Azərbaycanın haqlı tərəf olduğunun etirafıdır. Beləliklə də Azərbaycanın artan beynəlxalq nüfuzu, gücü, haqlı mövqeyi, öz maraqlarını istənilən səviyyədə müdafiə etmək imkanları və bacarığı bir daha sübuta yetir.

Sahil İsgəndərov

19:00 / 07.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 12709
Bu ay: 263905
Ümumi: 13753521
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın