/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Ermənistan sarsıdıcı məğlubiyyətə düçar olacaq

Şriftin ölçüsü:  11px13px15px17px

İki gün əvvəl erməni silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər sakinlərin yaralanması, yaşayış məntəqələrinin dağıdılması və mülki obyektlərə zərər vurulması ermənistanın ənənəvi təcavüzkar siyasətini əyani şəkildə sübuta yetirdi. Eyni zamanda Serj Sarkisyan rejiminin bu məsələdə şəxsi iştirakı və məsuliyyəti bir daha öz təsdiqini tapdı. Ermənistanın cəbhə xəttindəki bu dəfəki təxribatı nəticəsində yaşlı qadının və 2 yaşlı uşağın qətlə yetirilməsi rəsmi İrəvanın xoşluqla təcavüzkar siyasətdən əl çəkməyəcəyinə dəlalət edir. Deməli, ona qarşı sərt tədbirlər görülməsi zərurəti çoxdan aktuallaşıb. Xüsusilə də, nəzərə alsaq ki, dünyanın digər bölgələrində bu cür qeyri-insani aktlar beynəlxalq ictimaiyyətin ciddi qınağı və təzyiqi ilə üzləşir. Amma nədənsə, terrorr siyasəti yürüdən Ermənistana gələndə beynəlxalq təşkilatlar lal-karlıq prinsipinə üstünlük verir və yaxud dişsiz açıqlamalarla kifayətlənirlər. Təəssüflər olsun ki, belə yanaşmanı ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri nümayiş etdirirlər ki, bu da ekspertlər tərəfindən tənqid olunur. «Fikrimcə, ATƏT-in Minsk qrupu həmsədrlərinin hadisəyə olan reaksiyası kifayət deyil. Ümumiyyətlə, Minsk qrupu mahiyyətə uyğun normal danışıqların bərpası üçün çox az səy göstərir. Biz bilirik ki, Minsk qrupunun həmsədrliyində təmsil olunan ABŞ, Fransa və Rusiya erməni diasporunun sıx cəmləşdiyi əsas dövlətlərdir. Və bu dövlətlərdə başqa xalqlarla müqayisədə erməni xalqının maraqları daha çox təmin olunur. Prinsipcə, Minsk qrupu istəyər ki, danışıqlar masasında hansısa kompromis tapılsın, bununla belə, daha sərt addımlar atmağa hazır deyil. Yəni onlar məsələni sadəcə başdan edirlər. Minsk qrupundakı əksər diplomatlar artıq deyirlər ki, “Eybi yox, qoy atışsınlar, onda danışıqlara daha çox can atacaqlar.” Azərbaycanın məhz yaşayış məntəqələrini və dinc sakinlərini, atəş hədəfi kimi seçməyə gəlincə, bu ermənilərin ənənəvi dəsti-xəttidir. Xocalıda dinc azərbaycanlılara, xüsusilə də qocalara, qadınlara və uşaqlara qarşı törətdilən soyqırımı bütün dünyaya bunu açıq-aşkar göstərdi. Ötən il aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdəki mövqelərdən təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır silahlardan hədəfə alması, Azərbaycanın 34 yaşayış məntəqəsini və kəndi artilleriya atəşinə tutması da məhz həmin siyasətin davamıdır. Həmin vaxt törədilən vandalizm aktı nəticəsində aralarında uşaqlar da olmaqla 6 nəfər həlak olmuş və 33 nəfər ağır yaralanmışdır. Əslində Sarkisyan rejiminin bu cinayətlərinin arxasında güclü bir xof gizlənir. «İndiki halda Ermənistan yaxşı fərqindədir ki, Azərbaycanın real hərbi gücü ilə üzləşəcəyi halda sarsıdıcı məğlubiyyətə düçar olacaq. Odur ki, Dağlıq Qarabağı işğalda saxlamaq məqsədilə sırf dinc əhaliyə qarşı əməliyyatlar həyata keçirir. Çünki bilirlər ki, dinc sakinlərin erməni atəşinə praktiki olaraq cavab vermək imkanı yoxdur. Rəsmi Bakı isə cavab zərbəsi endirsə, bu, bütün Serj Sarkisyan rejimi üçün çox sarsıdıcı olacaq”. Son hadisələr bir daha sübut etdi ki, Ermənistan bölgədə sülh və əmin-amanlığı pozur, asayişi əngəlləyir və özünün təcavüzkar addımları, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan dövlət siyasəti ilə cənubi qafqazda təhlükəsizliyə ciddi təhdid rolunda çıxış edir.

Fatimə Yolçuyeva

19:00 / 06.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 16885
Bu ay: 284926
Ümumi: 13774542
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın