
Ermənistanda Serj Sarkisyanı istefaya çağıran tələblər səngimir. Müxalif “İrs” partiyasının sədri Raffi Ovannisyan bu dəfə hətta Sərkisyan rejiminin üzvlərinə onun çirkli əməllərini ortaya tökməyi təklif edib. O bildirib ki, əgər hazırkı baş nazir Karen Karapetyan parlament seçkilərində Sərkisyanın saxtakarlıqlarını etiraf etsə, erməni xalqı Karapetyanı əsl rəhbər kimi tanıyacaq. Qeyd edək ki, ovannisyan bu təklifi hökumətin sonuncu iclasında Sərkisyanın hakim partiyanın baş nazir Karapetyana etimad göstərdiyini deməsindən sonra səsləndirib. Bununla da, gələn ilin aprelində Sərkisyanın baş nazir olma ehtimalının qarşısını almaq üçün bütün vasitələrə əl atan erməni müxalifəti, hökumət üzvlərini Sərkisyanın yarıtmaz hakimiyyətinə qarşı çıxmağa səsləyir.
13:00 / 01.07.2017