
Prezident İlham Əliyevin ötən gün açılışında iştirak etdiyi Yusif Səfərov küçəsinə paralel salınan yeni küçəyə general Hüseyn Rəsulbəyovun adı verilib. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda küçə adını göstərən löhvələrin vurulması müvafiq qaydalara əsasən daşınmaz əmlakın dövlət reyesteri xidmətindən xahiş olunur. Sənədə əsasən, sərəncamın icrasına nəzarət Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilib. Qeyd edəki ki, yeni yol avtonəqliyyat vasitələrinin birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyeva küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət etməsinə əlverişli imkan yaradır. Həmçinin Heydər Əliyev prospektindən gələn sürücülər Yusif Səfərov küçəsinə daxil olmadan metronun «28 May» stansiyası və Heydər Əliyev Sarayı istiqamətinə rahat hərəkət edəcəklər.
19:00 / 26.06.2017