/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Rus ideoloqu Azərbaycanla münasibətləri Ermənistandan üstün tutdu

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanda ən yüksək səviyyələrdə görüşlər keçirən yazıçı-publisist Aleksandr Proxanov, Azərbaycan-Rusiya münsaibətləri, Ümumrusiya Azərbaycan Konqresinin bağlanması, və Dağlıq Qarabağ münaqişəsilə bağlı maraqlı açıqlamalar verib. İndiyədək Azərbaycan prezidenti barədə səsləndirilən obyektiv fikirlərə şərik çıxan Aleksandr Proxanov İlham Əliyevi həlim təbiətli, ədalətli, alicənab, çoxaspektli və özündən müştəbehlik maskasından azad bir insan kimi qiymətləndirir. İlham Əliyevin ölkəsini ağılla qurması, münaqişələrdən kənarda tutmağa çalışması təqdirəlayiqdir ki, buna da yalnız güclü şəxsiyyətə malik siyasətçilər qadirdir. “Ölkə qaynar əhatədədir, dörd bir tərəfdə hər şey partlayır. Azərbaycan isə bu təlatümlü okeanda sakit dünya və mülayim iqlimdir. Bu, prezidentin sayəsində mümkünə çevrilib. Bu, onun strategiyasıdır, bəlkə də onun bütün varlığıdır. Bugünkü Azərbaycan dövləti həm Heydər Əliyevin, həm də İlham Əliyevin şəxsiyyəti ilə bağlıdır.” Azərbaycan-Rusiya münasibətlərinə toxunan yazıçı iki ölkə arasında düşmənçilik, müharibə və qərəz olmadığını, bununla belə ikitərəfli əlaqələrə kölgə salmaq istəyən xain iradənin mövcudluğunu qeyd edib. Ümumrusiya Azərbaycan Konqresinin bağlanmasına toxunan rusiyalı ideoloq, “Doğrudanmı, ermənilər belə güclüdür ki, Putinin ölkələrimiz barədə təsəvvürlərinə bu cür təsir göstərə biliblər?” Ritorik sualı ilə həmin xain iradənin mahiyyətini ortaya qoyub.
Qarabağ münaqişəsinə gəlincə, Proxanov hesab edir ki, “Bu problem apreldə qoşunlarınız hücuma keçərək əraziləri geri qaytarmağa başlayanda həll oluna bilərdi. Azərbaycan Qarabağı qaytara bilərdi. Lakin sonradan, deyilənə görə, Moskvanın müdaxiləsindən sonra dayandılar. Vəziyyət həll olunmamış qaldı.” O zaman hərbi əməliyyatların dayandırılması ilə bağlı Rusiya prezidenti Vladimir Putinin rəsmi Bakıya müraciətini nəzərdə tutan Proxanov, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Moskvanın məsuliyyətinə də eyham vurur. Münaqişənin sülh yolu ilə həllinə çalışan Azərbaycanın siyasi iradəsi qarşılığında işğalçı Ermənistana təzyiq göstərmək üçün böyük imkanlara malik olan Rusiya hələlik heç bir addım atmır. Bu isə Azərbaycan-Rusiya münasibətlərinin daha da dərinləşməsinə maraq göstərən sağlam düşüncəli rusiyalı analitikləri təəssüfləndirir. Çünki onlar sülhpərvər Azərbaycanla müqayisədə işğalçı Ermənistanın tarixən Rusiyaya yalnız və yalnız əlavə problemlər yaratdığının və belə gedərsə yaradacağının yaxşı fərqindədirlər.

19:00 / 26.06.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 3909
Bu ay: 324949
Ümumi: 20760214
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın