/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

AŞPA Türkiyə ilə bağlı monitorinqi niyə bərpa etdi?

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Şurası Parlament Assembleyasında Türkiyə ilə bağlı monitorinqin bərpası göstərir ki, bu qərəzli qərar müxtəlif dairələrin mənafeyinə xidmət edir. Və müstəqil dövlətlərə təzyiq göstərmək, onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür. Beləliklə, Türkiyə AŞPA tarixində monitorinq nəzarəti bərpa olunan ilk dövlət oldu. Bəs, doğrudanmı belə bir qərara ehtiyac var idi? Faktlar göstərir ki, burada siyasi qərəz daha böyük rol oynayıb. Türkiyə ilə bağlı Avropa Şurası Parlament Assembleyasında monitorinqin bərpasına dair müzakirələrin başladılmasına əsas səbəb kimi bu ölkədə fövqəladə vəziyyətin mövcudluğu, son referendumla bağlı ATƏT-in məruzəsi və edam cəzasının qaytarılması ilə bağlı müzakirələrin gündəmə gəlməsi göstərilir. Əslində isə məsələnin arxasında tam başqa mətləblər dayanır. Məsələn, Türkiyədə fövqəladə vəziyyətin olmasının əsas səbəbi ötən il 15 iyulda hərbi çevirilişə cəhddir. İndi bu çevirilişin əsas təşkilatçılarının bir qismi məhz Avropa dövlətlərində gizlənir və onların ekstradisiyası həyata keçirilmir. Belədə ortada açıq-aşkar siyasi qərəz olduğu görünməkdədir. Qərarın məhz indi qəbul edilməsi də təsadüfi deyil. Aprelin 16-da Türkiyədə keçirilən referendumla ölkə prezidentli respublika kimi idarə olunacaq ki, bu da daha güclü Türkiyə deməkdir. Əlbəttə ki, Avropa üçün əsas narahatlıq doğuran məsələ də budur. Maraqlıdır ki, AŞPA-nın qərarına ölkədəki əsas müxalifət partiyası da etiraz edib. Bu da göstərir ki, əsas hədəf məhz Türkiyə Cümhuriyyətidir. Son dövrlərdə həm iqtisadi, həm də hərbi cəhətdən güclənən Türkiyə artıq Qərbin diqtəsinə boyun əymir. Bu səbəbdəndir ki, Ankaraya qarşı təzyiqlərin nəticə verməyəcəyi hər kəsə yaxşı məlumdur. Burada digər bir məqam isə son dövrlərdə Avropada artan islamafobiya meyilləri ilə və milliyyətçi populizmlə bağlıdır. Artıq belə bir Avropanın nə qardaş Türkiyəyə nə də ölkəmizə yaxşı nəsə vəd etmədiyi göz qabağındadır. Türkiyə kimi daim Avropaya inteqrasiya və demokratik təsisatların inkişafı yönündə ilərləməyə çalışan Azərbaycan da Avropa tərəfindən süni əngəllərlə qarşılaşıb. Son dövrlərdə aşkar edilən faktlar Avropa qurumlarında islamofob meyllərin qalib gəldiyini, müsəlman olkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını gostərir. Belə bir şəraitdə Avropanın tənqidi ilə üzləşmək isə bir daha sübut edir ki, Azərbaycan da, Türkiyə də doğru yolu seçib.

13:00 / 26.04.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 6786
Bu ay: 258249
Ümumi: 14392610
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın