/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Donald Tramp erməniləri məyus etdi

Şriftin ölçüsü:  11px13px15px17px

ABŞ prezidenti Donald Tramp Osmanlı imperiyasında 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar bəyanat verib. Tramp ABŞ-ın erməni icmasına başsağlığında bu hadisələri soyqırımı adlandırmayıb, halbuki erməni lobbisi bu il buna nail olmaq üçün xeyli səy göstərib. Bəyanatda “Bu gün biz xx əsrin ən pis kütləvi qətllərindən biri – böyük fəlakət zamanı zərər çəkənləri yada salırıq və onların xatirəsini anırıq”- deyə bildirlir. Sonra Tramp bildirib ki, türklərin və ermənilərin “daha ədalətli və tolerant gələcəyə zəmin yaratmaq yolunda əhəmiyyətli addım olan bu ağrılı hadisəni nəzərə almaq” səylərini alqışlayır. ABŞ prezidenti Donald Trampın qondarma “erməni soyqırımı”ı ilə bağlı bəyanatı dezinformasiyaya arxalanıb. Bu barədə isə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Hesab edirik ki, prezident Trampın yazılı bəyanatında yer alan dezinformasiya və uydurma anlayışlar illərlə erməni dairələrinin təbliğat metodlarının yaydıqları yalan məlumatların nəticəsidir. Biz gözləyirik ki, ABŞ-ın yeni administrasiyası nifrət yaymağa meylli dairələrin tarixi birtərəfli qaydada izah etməsinin tərəfdarı olmayacaq və bütün tərəflərin kədərini nəzərə alan yanaşmanı üstün tutacaq”, deyə Türkiyə Xarici İşlər Nazirliyninin bəyanatında bildirlir.

09:00 / 25.04.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 6779
Bu ay: 258242
Ümumi: 14392603
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın