/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Son hadisələr Avropanın türk dünyasına qarşı qərəzinin ən bariz nümunəsidir

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyə ilə Niderland arasında yaşanan diplomatik gərginılik Avropanın türk dünyasına qarşı qərəzinin ən bariz nümunəsidir. Azərbaycan siyasi elitası Niderland hökumətinin son hərəkətlərini Avropa dəyərlərninin dırnaqarası təzahürü kimi qiymətləndirilir. Türkiyə xairici işlər nazirinin təyyarəsinin Rotterdamda enişinə icazə verilməməsi diplomatik etikayla daban-dabana ziddir. Bu ilk növəbdə Avropanın təbliğ etdiyi dəyərlərin elə Avropanın özü üçün keçərli olmamasının isbatıdır. Niderland hökümətinin bu addımı növbəti dəfə Avropanın Türkiyə və İslam dünyasına qarşı ikili siyasət sərgiləməsi ilə yanaşı insan hüquqlarının kobud şəkildə pozluması deməkdir. Politoloq Rasim Müsabəyovun sözlərinə görə Niderland höküməti səhvini anladığından atdığı addıma indi müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışır. Ümumiyyətlə Avropanın təblıiğ etdiyi demokratiyanın əsl mahiyyətini Nederlandın son davranışları bir daha ortaya qoydu. Nederland küçələrinə axışan türkələrə qarşı zor tətbiq edilməsi, bəzi nümayişçilərin yerə yıxılaraq xüsusi təlim keçən itlərin hücumuna məruz qalması onu göstərdi ki, Avropada demokratiya anlayışı sadəcə sözdə işlənir. Və yaxud da ki, bu demokratiya avropalıların başqa dövlətlərin daxili işlərinə qarşımaqla onlara təzyiq vaistəsindən başqa bir əhəmiyyət kəsb etmir. Ən acınacaqlısı odur ki, digər Avropa dövlətləri, Avropa Şurası, eləcə də nüfuzlu beynalxalq insan haqları təşkilatları baş verən hadisələrə ümumiyyətlə reaksiya göstərmədi. Siyasi analitiklərin fikrincə Niderlandın Türkiyəyə qarşı davranışları tək başına atılan addım deyil. Məsələylə bağlı açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Ankaranın cavab addımları sərt olacaq. Və bundan sonra baş verənlərə görə məsuliyyəti Niderland höküməti daşıyacaq. Artıq hüquq-mühafizə orqanlarının etirazçılara münasibətdə qeyri-insani davranışlarına görə türkiyə tərəfindən Niderlanda xəbərdarlıq edilib.

19:00 / 13.03.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 9936
Bu ay: 371667
Ümumi: 13195965
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın