/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Fransada yalancı erməni soyqırımını inkar edənlər cəzalandırılmayacaqlar

Şriftin ölçüsü:  11px13px15px17px

Fransada yalancı erməni soyqırımını inkar edənlər cəzalandırılmayacaqlar. Fransa Konstitusiya Məhkəməsi, 1915-ci il hadisələrinə dair erməni iddialarından bəhs edən "Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına" dair qanunu ləğv edib. Konstitusiya Məhkəməsinin qərarında, mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımsız olduğu vurğulanıb.
"Bu qanun, tətbiq ediləcəyi zaman cinayət təşkil etməyən hadisələrə görə cəzalandırmaya yol açır. Eyni zamanda qanun, tarixçilər tərəfindən araşdırılması tələb olunan hadisə ilə bağlı hər-hansı ifadənin qanuni olub-olmaması məsələsində qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən qeyd olunan qanun, söz azadlığına bir zərbədir", - deyə Konstitusiya Məhkəməsinin qərarında bildirilir. Qeyd edək ki, qanunun ötən ilin oktyabrında Fransa parlamentində qəbul olunması Türkiyə və Fransadakı türk cəmiyyətinin sərt reaksiyasına səbəb olub. Qeyd edək ki, adıçəkilən qanunda uydurma “erməni soyqırımı”nın inkar edən şəxslərə qarşı 45 min avro məbləğində cərimə və ya 1 il müddətinə azadlıqdan məhrum edilmə cəza tədbirinin tətbiq edilməsi nəzərdə tutulub.

09:00 / 27.01.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 3706
Bu ay: 472412
Ümumi: 13296710
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın