/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Ümumxalq səsverməsi dünya mediasının diqqət mərkəzindədir

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanda keçirilən referendum xarici mətbuatda da baş xəbərlər sırasında olub. Türkiyə, Rusiya mətbuatı ilə yanaşı dünyada məşhur “Reuters”, “Russian today”, “Əlcəzirə”, “Frans press” agentlikləri də diqqəti səsvermə prosesində insanların iştirakına, səsvermə prosesində çoxlu sayda müşahidəçi olmasına yönəldiblər. Azərbaycanda konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi dünya mediasının diqqət mərkəzindədir. Dünyanın tanınan “Reuters”, “Əlcəzirə”, “Press tv” agentlikləri və televiziyaları Azərbaycanda keçirilən səsvermə barədə xəbərlər hazırlayıb. Rusiya mətbuatının da diqqət mərkəzində olan refrendumdan ölkənin ən məşhur “Tass” agentliyi, “vesti.ru” saytı, “Rossiya 1”, “Rossiya 24”, “RBK” telekanallarında səsverməyə dair informasiyalar və süjetlər yayımlanıb. Tass agentliyi referendumun başlanması və başa çatması, Azərbaycan prezidentinin səsvermədə iştirakı, keçirilən “Exit-poll”arın nəticələrinə dair xəbərlər yayıb. Agentlik xarici və yerli müşahidəçilərin fikirlərinə, Mərkəzi Seçki Komissiyasında keçirilən mətbuat konfransına istinadən referendumun baş tutduğunu qeyd edib. “Rossiya 24” telekanalının müxbiri Andrey Şlyapnikov reportajında sentyabrın 26-nın Azərbaycan vətəndaşları üçün vacib gün olduğunu bildirib. Jurnalist qeyd edib ki, səhər saat 8-dən başlayaraq seçicilər səsvermə prosesində iştirak edirlər. O, səsvermə prosesində iştirakın vətəndaşların özlərinin marağında olduğundan danışıb. Andrey Şlyapnikov səsvermə prosesini çox sayda müşahidəçilərin izlədiyini, ciddi nəzarətin olduğunu, məntəqələrdə veb-kameraların quraşdırıldığını, şəffaf qutuların qoyulduğunu, vətəndaşın təkrar səs verməsinin qarşısını almaq üçün gözlə görünməyən mürəkkəbdən və ultrabənövşəyi lampadan istifadə edildiyini vurğulayıb. Azərbaycanda keçirilən referendum “Rossiya-1” telekanalının da diqqət mərkəzində olub. Telekanal hazırladığı xəbərdə səsvermənin gedişini MDB və digər ölkələrdən olan çoxsaylı beynəlxalq müşahidəçinin izlədiyini yazıb. Süjetin müəllifi səsverməyə çox ciddi nəzarət olunduğunu, bütün məntəqələrdə səsvermə bülletenləri üçün şəffaf qutuların qoyulduğunu, bir çox məntəqələrdə veb-kameralar quraşdırıldığını diqqətə çatdırıb. Azərbaycanda keçirilən referendum Rusiyanın “RBK” telekanalının da gündəmində olub. Telekanal referendumun əhatə etdiyi məsələlər barədə detalları açıqlayıb. Türkiyə mediasıda Azərbaycan konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi ilə əlaqədar geniş məlumat yayıb. Müxtəlif dillərdə yayılmış xəbərlərdə prezident İlham Əliyev və ailə üzvlərinin səsvermədə iştirakı, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti, səsvermənin azad və şəffaf keçirilməsi, xarici müşahidəçilərin referendumla bağlı ifadə etdikləri müsbət fikirlər əks olunub. “Anadolu”, “İha” kimi məşhur xəbər agentlikləri, “Timeturk”, “Haberturk”, “Yenisafak”, “Milligazete”, “NTV”, “Turkiyegazetesi” kimi sayt və qəzetlər tərəfindən oxuculara müxtəlif dillərdə təqdim olunan xəbərlərdə referendumun yüksək səviyyədə təşkil edilməsi, seçici sayı, seçici fəallığı, ümumxalq səsverməsinin nəticələri və s. məqamlara dair məsələlər diqqətdə olub. Türkiyə televiziya kanalları ilə bərabər bəzi xəbər portalları da səsvermə prosesindən videomateriallar yayıblar.

13:00 / 27.09.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 21677
Bu ay: 458565
Ümumi: 12636952
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın