/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

MDB xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər

Şriftin ölçüsü:  11px13px15px17px

«Həmsədrlər tərəfindən irəli sürülmüş prinsiplər əsasında münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri aktivləşdirmək vacibdir”. MDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən iclasında qəbul edilən birgə bəyanatda belə deyilir. Moskvada bir araya gələn MDB ölkələri xarici işlər nazirlərinin görüşündə əsas müzakirə olunan məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsi olub. Müzakirələrdən sonra nazirlər birgə bəyanatla çıxış ediblər. Bəyanatda münaqişə zonasında silahlı toqquşmaların yerli sakinlər də daxil olmaqla, böyük insan itkisinə səbəb olması barədə xəbərlərdən dərin narahatlıq bildirilir: «Münaqişə tərəflərini atəşkəs rejiminə ciddi əməl etməyə və yeni insan ölümlərinə imkan verməmək üçün təmkin nümayiş etdirməyə çağırırq. Mümkün qədər tez bir zamanda vəziyyətin stabilləşməsi üçün bütün tədbirləri görmək və ATƏT-in Minsk qrupu həmsədirləri tərəfindən irəli sürülmüş prinsiplər əsasənda münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri aktivləşdirmək vacibdir». Bəyanatda belə deyilir. İclasla bağlı fikirlərini bölüşən MDB-nin icraçı katibi Sergey Lebedev əsas gündəmin Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulayıb. O iclasda Dağlıq Qarabağda yaranan gərgin vəziyyətlə bağlı Azərbaycan və Ermənistan XİN başçılarının çıxış etdiklərini söyləyib. Digər nazirlərdə münaqişə ilə bağlı fikirlərini səslədiriblər. Nazirlər bölgədə vəziyyətin gərginləşməsindən narahat olduqlarını və təssüf hissi keçirdiklərini deyiblər. MDB ölkələrinin xin başçıları tərəfləri münaqişənin sülh yolu ilə həllinə çağırıblar.

19:00 / 08.04.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 35
Bu gün: 16799
Bu ay: 371034
Ümumi: 12549421
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın