/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Azərbaycan Moskva-Ankara gərginliyini azalda bilər

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan özünün sülh və barışıq tərəfdarı olduğunu dəfələrlə nümayiş etdirib və bu mövqeyinə sadiqdir. Prezident İlham Əliyevin qardaş Türkiyə üçün ağır olan bir məqamda Ankaraya səfəri də qardaşlıq nümunəsilə yanaşı, həm də bu mövqedən irəli gələn addımdır. Prezident İlham Əliyevin Türkiyəyə səfəriylə parallel olaraq Rusiyanın Suriyadan hərbi qüvvələrini geri çəkməsi təsadüfdən çox, zərurətin əlaməti idi. Rusiya-Türkiyə münasibətlərinin gərgin vaxtında Kremlin bu addımı Vaşinqtondan digər məsələlərdə Rusiyanın üstünlüyünün qəbul edilməsi kimi qiymətləndirildi. Elə sabah Moskvaya gələcək ABŞ-ın dövlət katibi Con Kerrinin Vladimir Putinlə görüşdə bu qərarın nəyə söykəndiyini aydınlaşdırmağa çalışacağı da buna işarədir. Görünür yaxın şərqdə və ümumilikdə regionda bütün qarşıdurmaların mənbəyi hesab olunan güc mətrkəzləri artıq müəyyən razılığa can atırlar. Ortalıqda isə olan Ankara-Moskva münasibətlərinə oldu. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da bildirdiyi kimi, bu iki ölkə arasında müəyyən qədər də kənardan yaradılan gərgin münasibətlər aradan qaldırılmalıdır və Azərbaycan çalışır ki, Rusiya ilə Türkiyə barışsınlar, keçmişə deyil, gələcəyə yönəlik münasibətlər qursunlar. Əslində bu barışığı həqiqətən istəyən də, hər zaman vasitəçiliyə hazır olduğunu bəyan edən də elə təkcə Azərbaycandır. Ərazi bütövlüyü məsələsi istisna olmaqla, bütün beynəlxalq problemlərin yalnız danışıqlar yolu ilə və soyuqqanlıqla həllinə tərəfdar çıxan prezident İlham Əliyev qardaş ölkə və strateji müttəfiqimiz Türkiyə ilə yaxın qonşumuz və strateji tərəfdaşımız Rusiyanın münasibətlərinin normallaşmasına böyük önəm verir. İki dövlət arasında yeganə vasitəçi olmaq potensialı da məhz Azərbaycana məxsusdur ki, bu da səbəbsiz deyil. Daim beynəlxalq hüquq normalarını üstün tutan, regionda sülh və təhlükəsizliyin tərəfdarı olan Azərbaycana və onun prezidenti İlham Əliyevə beynəlxalq birliyin etimadı böyükdür. Və bu etmad həmişə özünü doğruldub. Belədə, bir dövlətlə münasibətlərini heç vaxt digər dövlətə qarşı ədavət prizmasından qurmayan Azərbaycan özünün müstəqil xarici siyasətilə çoxlarına nümunədir. Regionda çirkin oyuna gətirilən Türkiyənin təkləndiyi, Moskva-Ankara münasibətlərinin gərgin olduğu bir vaxtda da yalnız Azərbaycan prezidenti və Azərbaycan xalqı bu nümunəni sərgiləyə bildiki, beynəlxalq aləm də bunun fərqindədir.

19:00 / 21.03.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 14701
Bu ay: 352211
Ümumi: 13176509
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın