/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Qondarma erməni soyqırımı məsələsi yenidən gündəmə gətirilir

Şriftin ölçüsü:  11px13px15px17px

Fransa prezidenti Fransua Olland «Erməni soyqırımını»-ın inkarına görə cəza nəzərdə tutan qanun layihəsi hazırlamağa dair tapşırıq verib. Qanunun hazırlaması üzərində Avropa İnsan Haqları Məhkəməsinin keçmiş sədri Jan-Pol Kosta işləyəcək.
«Bizim ən görkəmli hüquqşünaslarımızdan olan Jan-Pol Kostaya daxili hüququmuzda «erməni soyqırımı» yaddaşını qorumağa imkan verəcək hərtərəfli və təkzibedilməyəcək çıxış yolunu axtarıb tapması üçün tapşırıq vermişəm» - deyə Fransua Olland bildirib. O, qeyd edib ki, bu qanun layihəsi qarşıdan gələn prezident seçkiləri ilə əlaqəli deyil. Xatırladaq ki, 2012-ci ilin fevralında Fransa Konstitusiya Şurası parlamentin qəbul etdiyi «erməni soyqırımı»-nın inkar edilməsinə görə cəza tətbiqini nəzərdə tutan qanunu ləğv edib. Şura qanun söz və ifadə azadlığına zidd olduğunu bildirib. Fransua olland bunun ermənilər, həmçinin fransızlar üçün böyük bir məğlubiyyət olduğunu deyib. Ekspertlərin sözlərinə görə Fransada qanun qəbul edilsə, iki NATO üzvü olan ölkə Fransa və Türkiyə arasında gərgirlik artacaq. Qeyd edək ki, «erməni soyqırımı»-nın inkarına cörə cəzanın tətbiq edilməsi Fransua Ollandın seçki kampaniyasında verdiyi vədlərdən biri olub.

13:00 / 30.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 11112
Bu ay: 11112
Ümumi: 17231565
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın