/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

NATO generalı Dağlıq Qarabağdan danışdı

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiyanın son dövrlərdə atdığı hərbi addımları revanşist xarakter daşıyır. Bu sözləri NATO generalı Filip Bridlav deyib. O, həçmçinin bildirib ki, bunun qarşısını almaq üçün Birləşmiş Ştatlar Avropaya əlavə hərbi qüvvələr göndərməlidir. NATO-nun son zamanlar Avropadakı münaqişə zonaları ilə bağlı yeritdiyi siyasətə nəzər yetirsək hansısa ardıcıl prinsipiallıq görmək mümkün deyil. Bu baxımdan qurumun Avropa komandanlığının generalı Filip Bridlavın açıqlaması həm də əvvəllər buraxılmış səhvlərin etirafı kimi də başa düşülməlidir. Əsasən Rusiyanın apardığı hərbi siyasəti tənqid edən general bildirib ki, Vladimir Putinin nə düşündüyü aydın deyil, aydın olan yeganə şey nə etdiyidir. Əlbəttə ki, Bridlav Qərb dövlətlərinin vaxtilə Dağlıq Qarabağda separatizmə göz yummaqla Gürcüstan və Ukrayndakı münaqişə ocaqlarını da alovlandırdıqlarının yaxşı fərqindədir. Lakin, görünür hazırda Rusiyanın Ermənistanda hava hücumundan müdafiə sistemlərini yerləşdirməsi və oradakı hərbi bazasına yeni «Miq-29» təyyarələri göndərməsi Vaşinqtonun ciddi narahatlığına səbəb olur. Bunun Azərbaycandan çox NATO-nun Yaxın Şərqdəki dayaq nöqtəsi olan Türkiyəyə təhlükə törətməsi də heç kəsə sirr deyil. Məhz buna görə də Bridlav Avropa qoşunlarına təlim keçməyin kifayət eləmədiyini bildirərək, Birləşmiş Ştatların Avropadakı qüvvələrinin sayının artırılmasına zərurət duyulduğunu vurğulayır. Əslində isə bu prosesə artıq start verilib. İspaniyaya 4 mina gəmisinin gönədrilməsi və Avropada yeni briqadaların yaradılması buna əyani sübutdur. Lakin, Qərbin aparıcı dövlətləri və elə NATO-nun özü də separatizm hallarına selektiv yanaşmaya son qoymayanadək, başqalarının hərbi gücdən əsas vasitə kimi yararlanmaq cəhdlərinin sərt şəkildə qarşısını almaq ciddi problem olaraq qalacaq.

19:00 / 07.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 3735
Bu ay: 310413
Ümumi: 13800029
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın