/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Türkiyə - Rusiya münasibətlərində gərginlik

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiyaya məxsus “Su - 24” təyyarəsinin vurulması i Moskva ilə Ankara arasında münasibətlərə son qoya bilər. Rusiya prezidenti Vladimir Putin isə Türkiyə rəhbərliyini ölkəni islamlaşdırmaqda günahlandırıb. Vladimir Putin XİN-nin ölkə vətəndaşlarına Türkiyəyə getməməklə bağlı tövsiyəsini də dəstəkləyib. Putinin fikrincə, Türkiyədə olan Rusiya vətəndaşları böyük təhlükəyə məruz qala bilərlər. O, vurulan təyyarənin pilotları barədə də danışıb. Sağ qalan təyyarəçinin xilas edilməsi məqsədi ilə keçirilən əməliyyatın uğurla nəticələndiyini qeyd edib. Baş verən hadisəyə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib. “Biz sərhədlərimizin təhlükəsizliyinin pozulmasına dözə bilmərik” - Ərdoğan belə deyib.
Bu arada Türkiyənin Rusiyadakı səfirliyi qarşısında aksiya keçirilib. Fəallar Türkiyə hərbi hava qüvvələri tərəfindən “Su 24” təyyarəsinin vurulmasına etiraz ediblər. Aksiyada xeyli sayda insan iştirak edib. Mitinqdə əsas şuarlardan biri “arxadan vurulan zərbə” olub. Anoloji aksiya Türkiyədəki rus səfirliyinin qarşısında keçirilib. Türklər səfirliyin qarşısına toplaşaraq “Rusiya, Suriyadan cıx!” kimi şuarlar səsləndiriblər. Rusiyanın XİN-i Serqey Lavrov məsələnin Türkiyə ilə müharibə həddinə çatmayacağına eyham vurub. Onun sözlərinə görə, Ankaraya olan münasibət dəyişməyib. O, sadəcə, türk hökümətinin bəzi hərəkətlərini başa düşmədiqlərini qeyd edib.

19:00 / 25.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 2205
Bu ay: 308883
Ümumi: 13798499
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın