/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

İki min terrorçu məhv edildi

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya qırıcıları Suriyanın Dəməşq və Homs şəhərlərinə hava zərbələrini davam etdirir. Bundan narahat olan Amerika Birləşmiş Ştatları döyüş təyyarələri və helikopterlərini Suriya ilə sərhəddəki hərbi bazasına toplamağa başlayıb. Səudiyyə Ərəbistanı isə Moskvaya etirazını bildirərək, təyyarələrini dərhal geri çəkməyə çağırıb. Rusların hava zərbələri nəticəsində iki gün ərzində minə yaxın terrorçunun məhv edildiyi bildirilir. Rusiyanın Suriyaya girməsi «Cəbbhət ən nüsrə» qruplaşmasının qəzəbinə səbəb olub. Ekstremistlər, hər bir rus əskərinə görə, 1 milyon Suriya lirəsi, yəni 10 min dollar vəd edirlər. Suriyada Rusiya təyyarələrinin hücumu nəticəsində dinc insanlar arasında tələfatın olması xəbərlərinə cavab özünü çox gözlətməyib. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında həmlələrin dəqiq plan əsasında yerinə yetirildiyi bildirilir. Bu arada İranın Xarici İşlər Nazirliyi, Rusiyanın Suriyada antiterror əməliyyatlarına başlamasını alqışladıını bəyan edib. Qurum rəsmisi Mərziyə Əfkamın sözlərinə görə, Rusiyanın yaraqlıları havadan hücumu, terrora qarşı aparılan mübarizədə vacib bir addımdır.

19:00 / 01.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 4726
Bu ay: 347202
Ümumi: 13836818
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın