/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Qərbdə Avropa dəyərlərinin sarsıdılması prosesi gedir

Şriftin ölçüsü:  11px13px15px17px

Qərbdə Avropa dəyərlərinin sarsıdılması prosesi gedir. Şərq-müsəlman sivilizasiyasına mənsub xalq və dövlətlərə yanaşmada açıq-aşkar hiss olunan islamafob və neomüstəmləkəçi meyllərin artması müşahidə olunur. Bu isə tərfdaş ölkələrdə qərbə olan etimadı azaldır. Azərbaycan da son hədəfi müstəmləkəçilik, xalqları istismar etmək olan qurumlar və dövlətlərlə əməkdaşlığın perspektivini görmür.
Son 20 ildə Birləşmiş Ştatların və Qərb dövlətlərinin İslam dünyasına və müsəlman ölkələrinə düşmən münasibəti ən pik həddə çatıb. «Terrorla mübarizə və demokratik standartların tətbiqi» adı altında bü ölkələrin daxili işlərinə müdaxilələr gücləndirilib. Şərq-müsəlman sivilizasiyasına mənsub xalq və dövlətlərə yanaşmada açıq-aşkar islamafob və neomüstəmləkəçi meyllərinin artması müşahidə olunur.
Qərbin daxili işlərinə müdaxilə etdiyi ölkələr indi xaos, vətəndaş müharibəsi, iqtisadiyyatın dağılması, ərazi bütövlüyünün sual altında düşməsi, qaçqınlar problemi ilə üz-üzə qalıblar. Qərbin insan haqları, sivil dəyərləri gözdən saldığı bir vaxtda digər ölkələr qarşısında müəyyən tələblər irəli sürməsi isə absurddur. Elə Avroparlamentin bir neçə gün öncə Azərbaycanla bağlı çıxardığı üzdəniraq qətnamə də bu qərəzli siyasətin tərkib hissəsidir. Bu sənədin qəbuledilməsində əsas məqsəd inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələmək, gözdən salmaq və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratmaqdır.
Azərbaycan müstəqilliyinin ilk günlərindən Qərblə tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün davamlı cəhdlər edib. Təəssüf ki, bu səmimi siyasət qərb tərəfindən lazımınca qiymətləndirilməyib. Qərbin siyasəti beynəlxalq hüquqa deyil, əksər hallarda güc prinsipinə əsaslanır. Azərbaycan isə müstəqil siyasət yürütmək haqqına, beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə etinasız münasibət bəsləyən, öz fəaliyyətini tabeçilik, diktat prinsipi, sivilizasiyaların toqquşması ideologiyası üzərində quran qərb strukturlarına inteqrasiyanın mümkünsüzlüyünü görür və bunun zərərli olduğunun fərqindədir.
Rəsmi Bakının hədəfi öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini və cəmiyyətin layiqli inkişafını təmin etməkdir. Bu hədəfləri təmin etmək üçün Azərbaycan öz xarici siyasətinin prinsiplərinə dönmədən riayət edir, bir çox ənənəvi tərəfdaş ölkələrlə əlaqələrini daha da inkişaf etdirir. Rəsmi Bakı yeni vektorlar müəyyənləşdirir, əməkdaşlığa açıq və səmimi olan tərəfdaşlarla ikitərəfli əlaqələri sıxlaşdırır.

19:00 / 16.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 12475
Bu ay: 263671
Ümumi: 13753287
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın