
Artıq bir neçə həftədir ki, miqrant axını Avropanın prioritet probleminə çevrilib. Yaxın Şərq və Afrikadan insan selinin qarşısını almaq üçün bir sıra tədbirlər görülsə də, hələlik istənilən nəticə əldə olunmayıb. Hər gün on minlərlə qaçqın qitənin müxtəlif şəhərlərinə daxil olmaqdadır.
Almaniyada naməlum şəxslər, qaçqınların məskunlaşdığı daha bir sığınacağı yandırıb. Hadisə Tyurinqiya Federal torpağının Herstunqen kommunasında baş verib. Boş evlərdən birinin sahibəsi müvəqqəti yaşamaları üçün buranı miqratların istifadəsinə verib. Dəymiş zərərin təqribən 25 min avro olduğu bildirilir.
19:00 / 11.09.2015