/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Nümayişçilər geri çəkilmirlər

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan hakimiyyətinin vədlərinə baxmayraq, İrəvanın Baqramyan prospektini zəbt edən nümayişçilər geri çəkilmək niyyətində deyillər. Paytaxt polisinin dağılışmaq barədə müraciəti də rədd edilir. Etiraz aksiyalarını qanunsuz sayan hüquq-mühafizə orqanalrı isə lazım gələrsə güc tətbiq olunacağını istisna etmirlər. Taleyi tükdən asılı olan sərkuisyan hökuməti isə nala-mıxa vurmaqla məşğuldur.
Artıq Ermənistan hökumətinin istefasını tələb edən etirazçıları sakitləşdirmək üçün Serj Sərkisyan dünən axşam fasiləsiz aksiya iştirakçılarına müraciət etmək məcburiyyətində qaldı. O Ermənistanın elektrik enerjisi şəbəkəsinin operatoru, Rusiyanın “İnter rao yees” şirkəti tərəfindən tariflərin artırılmasına dair müraciətin tam əsaslı olduğuna əminliyini bildirsə də, aksiyaçıların nümayəndələrinin də iştirakı ilə beynəlxalq audit şirkəti seçilməsini təkilf edib. Bu kompromis variant seçiləcək şirkətin elektrik enerjisinin bahalaşması qərarının nə dərəcədə əsaslı olduğunu və tariflərin artırılmayacağı təqdirdə ölkənin elektrik enerjisi sistemini nə gözlədiyini müəyyənlədirməsini nəzərdə tutur. Ona qədərsə tariflərin artırılmasına görə xərclər büdcədən ödəniləcək. Audit tariflərin artırılmasının əsassız olduğunu sübuta yetirsə, elektrik enerjisi operatoru həmin vəsaiti hökumətə qaytaracaq və məsul şəxslər cəzalanacaq. Əks halda audit aparıldığı müddət ərzində köhnə tariflərlə yeni tariflər arasında yaranan fərqi əhali ödəməli olacaq. Buna qədərsə o aksiya iştirakçılarından dağılışmalarını xahiş edib, daha doğrusu onlara yalvarıb.
Amma xalqın çoxdan etimadını itirmiş Sərkisyan hakimiyyətinin nə vədləri, nə də ki, yalvarışları aksiya iştirakçılarını inandıra bilməyib. Əksinə tələblərini daha da sərtləşdirən müxalif qüvvələr Sərkisyanın dediklərinə inanmadqılarını və auditin fırıldaq olacağını deyirlər. Digər tərəfdən, Sərkisyan hakimiyyətinin Moskvanın tabeliyindən çıxması kimi ən önəmli tələbi etirazçılar geri götürməyiblər. Amma onilliklərdir ki, Kremlin buyruq qulu olan rəsmi İrəvan üçün bu ən əlçatmaz arzudur. Məhz buna görə də Serj Sərkisyan öz xalqıyla dialoqda Moskvanın kökəsindən yararlanmağa üstünlük verib. Kökənisə İrəvana Rusiyanın nəqliyyat naziri Maksim Sokolov gətirib. Bundan bərk təsirlənən Sərkisyan Rusiyanın şəninə tərifləri əsirgəməyib.
Sokolovla Ermənistana 200 milyon dollralıq güzəştlə kredit şəklində ərmağan göndərən Kreml Qərblə geosiyasi qarşıdurmada növbəti dəfə Ermənistan hakimiyyətini satın ala bildi. Amma qərb də öz növbəsində cinayətkar sərkisyan rejiminə tula payı atmaqda davam edir. Bu isə cinayətkar hakimiyyət rejimini müvəqqəti xilas etsə də strateji baxımdan Ermənistanı tam kölələiyə sürükləyir.

12:00 / 28.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 1735
Bu ay: 151476
Ümumi: 14285837
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın