/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Etirazçılar Sarkisiyanın çağrışını rədd etdilər

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistanda etirazçılar hökumətin tələblərini rədd edib. Onlar mübarizəni davam etdirməyə qərar veriblər. Mitinqçilər həmçinin prezident Serj Sarkisiyanın çağrışına zidd olaraq baqramyan prospektini bağlı saxlayacağlarını bəyan ediblər.
Ermənistan prezidenti Serj Sarkisyan İrəvanın mərkəzində aksiya keçirən etirazçılara müraciət edərək elektrik enerjisi sahəsindəki problemləri birgə həll etməyə çağırıb. “Mən etiraz edən gənclərə müraciət edirəm: üzərinizə yeni məsuliyyət götürərək cəmiyyətdə gərginliyin azalmasına yönələcək addımların atılması istiqamətində real prosesin iştirakçısı olmaqdan çəkinməyin”, deyə o bildirib. Sarkisyan etirazçılardan paytaxtın mərkəzini iflic etməməyi xahiş edərək, problemi sakit üsullarla həll etməyə çağırıb. “Allah xatirinə, şəhərin mərkəzini iflic etdiyiniz bəsdir, bizim hamimizin çiyninə məsuliyyət düşür və bu məsuliyyət artacaq. Daha sakit metodlara keçin, Baqramyan prospektini azad edin və qərar qəbulu mərhələsinə kömək göstərin, bu həll yoluna etimad yaradilmasina çalişin”- deyə Sərkisyan bildirib. O elektrik enerjisinin bahalaşması məsələsində “bizimkilər” və “sizinkilər” bölgüsünün olmadığını bildirərək, tərəfləri ayıraraq fərqləndirmək cəhdlərinin absurd və təhlükəli olduğunu qeyd edib. Bununla yanaşı "Talana yox" əlaqələndirmə qrupunun üzvü Vaqinak Şuşanyan İrəvanda nümayişlərin tariflər tam olaraq ləğv edilənədək davam edəcəyini bəyan edib. Ermənistan prezidentinin ölkə hökumətinin elektrik enerjisi tariflərinin qaldırılması ilə bağlı yükü öz üzərinə götürəcəyinə dair bəyanatından sonra, nümayiş təşkilatçıları mitinq iştirakçıları qarşısına çıxaraq bəyan ediblər ki, onların "Başları altına yumşaq yastıq qoymaq istəyirlər". Onların sözlərinə görə, hökumət problemi xalqa məxsus olan büdcənin hesabına həll etmək istəyir və mitinq davam etməlidir.
Ermənistanın polis rəisi hər şeyin qanun çərçivəsində baş verəcəyinə ümid etdiyini bildirib. İrəvanda davam edən etiraz aksiyasının iştirakçıları isə meydanı tərk etmək fikrində deyil. “Talana yox!” Təşəbbüsü ötən həftədən elektrik enerji tariflərinin qaldırılmasına qarşı etiraz aksiyaları təşkil edir. İyunun 23-də səhər saat 5:30 radələrində polis güc tətbiq edərək bağramyan prospektində etirazçıların piketini dağıdıb. Nəticədə 30-a yaxın insan xəsarət alıb, 237 nəfər həbs olunub. Daha sonra etirazçıların sayı çoxalıb. Qeyd edək ki, Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının 17 iyun tarixli qərarına əsasən, elektrik enerjinin tarifləri təxminən 16 faiz artırılıb. Avqustun 1-dən Ermənistan istehlakçıları gündüz saatlarında istifadə edilən 1 kilovat saat elektrik enerji üçün 48,78 dram (təxminən 10,3 cent), gecə saatları üçün - 38,78 dram ödəməli olacaqlar.

09:00 / 28.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 9
Bu gün: 22552
Bu ay: 127824
Ümumi: 14262185
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın