/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Minsk həll prosesinə töhfə verməyə hazırdır, bəs, həmsədrlər?

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan istənilən yolla öz ərazi bütövlüyün bərpa edəcək. Prezident, ali baş komandan İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi dəstəkləyir. Yeri gəlmişkən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyəti Minskdə də geniş müzakirə olunub.
Ali baş komandan İlham Əliyev bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə nail olmaq üçün daha da güclü olmalıyıq. Bu gün tarixi ədalət də Azərbaycanın mövqeyini dəstəkləyir. Və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsas şərtdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırki vəziyyəti və həll prosesini ölü nöqtədən tərpətməyin yolları ötən gün Minskdə həmsədrlərin iştirakı ilə keçirilən görüşlərdə də diqqət mərkəzində olub. Rəsmi Minsk münaqişənin həllinə öz töhfəsini verməyə hazır olduğunu açıqlayıb. Belarusun xarici işlər naziri Vladimir Makey bildirib ki, ölkəsi Ukrayna böhranında olduğu kimi, Dağlıq Qarabağ münaqişəsində də kömək göstərməyə hazırdır. Əslində, rəsmi Minskin mövqeyi başadüşüləndir. Yada salmaq yerinə düşər ki, münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən qrupun «Minsk qrupu» adlandırılması təkcə ilk toplantının Belarus paytaxtında keçirilməsilə bağlı deyil. Məsələ burasındadır ki, 1992-ci ildə Belarus Minskin yekun danışıqların keçirildiyi məkan olması niyyətilə münaqişə ilə bağlı müzakirələrin paytaxtda aparılmasını təklif etmişdi. Və 23 ildən sonra rəsmi Minsk yenidən eyni təşəbbüslə çıxış edir. Ekspertlər hesab edir ki, Belarus münaqişənin həllinə müəyyən töhfə verə bilər. Amma burada əsas məsuliyyət birmənalı şəkildə həmsədrlərin üzərinə düşür.
Minsk müzakirələrindən vasitəçilər də razı qalıb. Amerikalı həmsədr Ceyms Uorlik Tvitter səhifəisndə yazbı ki ,görüş çox faydalı oldu. Diplomat Minsk qrupunun bütün üzvlərilə işləməyi səbrsizliklə gözlədiklərini qeyd edib. Ekspertlər də Minsk qrupu üzvlərinin danışıqlar prosesinə cəlb edilməsini müsbət amil kimi dəyərləndirir.
Yeri gəlmişkən, Amerikanın “Financial times” qəzeti də Dağlıq Qarabağ münaqişəsilə bağlı araşdırma aparıb. “Azərbaycan: Dağlıq Qarabağ münaqişəsinin dalğavari təsiri təhlükəsi” sərlövhəli məqalə məqalədə deyilir ki, Azərbaycan ilə Ermənistan arasında “dondurulmuş münaqişə” gərginləşir. Və regionda sabitlik üçün təhlükə, Cənubi Qafqazın hüdudlarından kənarda isə “Dalğavari təsir” riski yaradır. Yanvar ayında həlak olanların sayı 12 nəfərə, yaralananların sayı 18 nəfərə çatıb. Müəllif yazır ki, 2014-cü ildə həlak olanların sayı təqribən 60 nəfər olub ki, bu da son 20 ildə ən dəhşətli statistikadır. Qəzetin gəldiyi yekun qənaət budur ki, 2007-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiləri münaqişəni “Madrid prinsipləri” əsasında dinc yolla nizama salmağa çalışsa da, Ermənistan və Azərbaycan cəmiyyəti buna hazır deyil.

13:00 / 13.03.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 4052
Bu ay: 87860
Ümumi: 17802031
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın