/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

BMT narahatlığını ifadə edib

Şriftin ölçüsü:  11px13px15px17px

BMT Ukraynanın Donetsk şəhərində hökumət qüvvələri ilə separatçılar arasındakı atışmalar zamanı Qırmızı Xaç Cəmiyyətinin həyatını itirməsi faktı ilə bağlı narahatlığını ifadə edib. Qurum yaydığı rəsmi bəyanatda Tərəfləri Ukraynada humanitar fəaliyyətin davamı üçün ölkənin cənub şərqində sabitliyi təmin etməyə çağırıb. Donetskdə isə gərginlik səngimir.
Silahlılar minaatanlardan ticarət mərkəzinə və doqquzmərtəbəli yaşayış binasını atəşə tutublar. Hökumət qüvvələri gün ərzində separatçıların iki genişmiqyaslı hücumunun qarşısını aldıqlarını açıqlayıb. Eyni zamanda, hava limanı ətrafında da döyüşlər gedib. Separatçılar hava limanına nəzarəti əllərində saxladığını iddia etsələr də, rəsmi Kiyev bunu təkzib edir. Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynaya sülhməramlı qoşun göndərməyə hazır olduğunu bəyan edib.
Rusiya prezidenti Vladimir Putin isə Ukraynada keçiriləcək parlament seçkisinin ölkədə sabitliyi bərqərar edəcəyinə ümid bəslədiyini bildirib. Putin oktyabrın 26-da keçiriləcək seçkinin gətirəcəyi sabitliyin Rusiya tərəfindən alqışlanacağını deyib. Bildirib ki, Ukraynanın iqtisadi və siyasi böhrandan çıxışı Rusiyanın maraqlarına xidmət edir. Ukraynanı qardaş ölkə adlandıran Rusiya prezidenti iki ölkənin etnik, mənəvi, dini və tarixi ortaqlığı bölüşdüyünü vurğulayıb. Rusiya lideri Ukraynaya xəbərdarlıq da edib: “Ukraynada suverenliyin və ərazi bütövlüyünün qoruması yalnız etnik ruslar və rusdilli əhali də daxil edilməklə, bütün vətəndaşların hüquqlarının təmin edildiyi halda mümkün olacaq”

13:00 / 03.10.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 8015
Bu ay: 69159
Ümumi: 17289612
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın