/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

NATO sammiti başa çatdı

Şriftin ölçüsü:  11px13px15px17px

NATO - nun Uels sammiti başa çatdı. Sammitdə əsas müzakirə mövzusu Ukraynada baş verən hadisələr, Yaxın Şərqdə və Şimali Afrikada genişlənən ekstremizm və məzhəb qarşıdurmaları, İŞİD-in suriya ilə iraqın ərazilərinin bir hissəsində yaratdığı qəddar “İslam xilafəti” olub. Toplantının sonunda yekun bəyannamə qəbul olundu.
Zirvə toplantısının yekun bəyannaməsində alyans üzvləri xarici siyasət və təhlükəsizlik sahəsində müstəqil seçim hüququnu müdafiə etməkdə davam edəcəklərini bildiriblər. Sənəddə İŞİD - in İraq, Suriya, bölgədə mövcud digər ölkələr və NATO üzvləri üçün ciddi təhlükə yaratdığı bildirilir. Terrorçuların dinc əhaliyə yönəli hücumları pislənilir. İlk mərhələdə İŞİD-in sıxışdırılacağı, daha sonra da aradan qaldırılacağı deyilir.
Bəyannamədə həmçinin Rusiyanın Ukraynaya müdaxiləsi qınanılır. Alyansa üzv ölkələrin dövlət və hökumət başçıları Rusiya ilə dialoq imkanlarından imtina etmədən, Moskva ilə bütün vətəndaş və hərbi əməkdaşlığı təxirə salacaqlarını deyibilər. Yekun sənəddə Suriya hökumətindən cenevrə konvensiyasına uyğun olaraq dərhal real siyasi dönüş gerçəkləşdirməsi istənilir. İşid təhlükəsinin səbəbinin Bəşər Əsəd rejimi olduğu vurğulanır.
Qeyd edək ki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində keçirilən NATO-Ukrayna komissiyasının toplantısında iştirak edib. Dövlət və hökumət başçıları səviyyəsində toplanan komissiyanın iclasında çıxış edən R. T. Ərdoğan NATO-nun Azərbaycana verdiyi vədləri yerinə yetirməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması böyük əhəmiyyət daşıyır. Sammit çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında görüş olub. Görüş zamanı Obama ABŞ-la Türkiyə arasında Yaxın Şərqdə fəaliyyət göstərən terror təşkilatları barədə kəşfiyyat məlumatlarının mübadiləsinin vacibliyini vurğulayıb.
Bu arada səlahiyyət müddəti başa çatmış Anders Foq Rasmussen, Norveçin sabiq baş naziri Yens Stoltenberqi rəsmi olaraq alyansın yeni baş katibi kimi təqdim edib. Yens Stoltenberq vəzifəsinin icrasına oktyabrın 1-dən başlayacaq.

13:00 / 06.09.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 4951
Bu ay: 347427
Ümumi: 13837043
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın