
Ukrayna 2013-cü ildə ATƏT-ə sədrliyi dövründə xüsusilə Avropa məkanında dondurulmuş və həlli uzadılmış münaqişələrin həlli istiqamətində səylərini daha da artıracaq. ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara belə deyib. BMT-nin rəsmi saytının məlumatına görə, ATƏT sədri bildirib ki, helsinki yekun aktının 40 illiyi münasibətilə ukrayna ATƏT-in rolu və məqsədlərinə xüsusi diqqət ayıraraq, «Helsinki+40» dialoquna yardım edəcək. Leonid kojara atət-in hərbi-siyasi aspektlərinə toxunaraq, qurumun regionda həlli uzadılmış münaqişələrin sabit və uzunmüddətli həllinin axtarışlarının əhəmiyyətini qeyd edib. O, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması üçün tərəflərə yardım etmək səylərini tamamilə dəstəklədiyini bildirib.
16:00 / 13.05.2013