/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

BMT Təhlükəsizlik Şurasında Ermənistanın işğal siyasəti pisləndi

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarılıb. Münaqişənin həllinin uzanmasından narahatlıq ifadə olunub. Cinayətkarların, o cümlədən Ermənistanın siyasi və hərbi rəhbərlərinin, Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçı rejimin üzvlərinin cəzasız qalmasının 2 ölkə arasında sülh və barışığın bərqərar edilməsinə maneə olduğu bəyan olunub. «ATƏT məkanında mövcud olan münaqişələrin həlli proseslərində irəliləyiş əldə etmək Ukrayanın gündəliyndə ən yüksək yer tutan vəzifədir». ATƏT-in hazırki sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara BMT Təhlükəsizlik Şurasının mayın 7-də keçirilən iclasında çıxışı zamanı belə deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində ATƏT-in Minsk qurupunn səylərini dəstəklədiyini bildirib. ATƏT sədri iyunda Cənubi Qafqaz regionuna edəcəyi səfər zamanı danışıqlarda fəallığın artırılmasına çağırış edəcəyini bəyan edib.
ATƏT sədrinə cavab olaraq Təhlükəsizlik Şurasının üzvü kimi çıxış edən Azərbaycan nümayəndəsi Ukrayna sədrliyinin ATƏT məkanında münaqişənin həllinə ciddi diqqət yetirdiyinə görə təqdir edib. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərin Ermənistanın işğal altında qalması faktına diqqəti çəkərək, münaqişə ilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yentirilməməsini təssüflə qeyd edib. ATƏT çərçivəsində 20 ildən artıq müddət ərzində aparılan vasitəçilik səylərinin hələ də nəticə verməməsindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, Ermənistanın Təhlükəsizlik Şurasının qətnamələrinin əhəmiyyətini azaltmaq, beynəlxalq hüququn norma və prinsiplərini məqsədyönlü şəkildə təhrif etmək cəhdləri, habelə münaqişənin həlli prosesinə açıq təhdidləri beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə törədir. Toplantıda 2005 və 2010-cu illərdə ATƏT- in fakaraşdıcı missiyasının işğal edilmiş ərazilərə səfər edərək, orada qanunsuz fəaliyyətlərin, o cümlədən digər yerlərdən gətirilən əhalinin məskunlaşdırılması, inzibati sərhədlərin və ərazi adlarının dəyişdirilməsi, mədəni və dini abidələrin dağıdılması faktlarının aşkarlannaraq sənədləşdidiyi diqqətə çatdırılıb. Lakin bu missiyaların tövsiyələrinin kağız üzərində qalması təəssüflə qeyd olunub. Bundan əlavə, Suriya ermənilərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərinə köçürülməsi, bu ərazilərə uçuşların təşkil edilməsi kimi qanunsuz fəaliyyətlər Ermənistanın Azərbaycan torpaqlarının məqsədyönlü şəkildə müstəmləkələşdirilməsi siyasətinin bariz nümunəsidir. Bu faktlara istinad edən Azərbaycan nümayəndəsi ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişənin danışıqlar yolu ilə və beynəlxalq hüquqa əsaslanan həllini ciddi şəkildə əngəlləyən bütün hərəkətlərin dərhal və qeyd-şərtsiz dayandırılmasına israr edəcəyinə ümid etdiyini xüsusilə qeyd edib.
Bəyan olunub ki, sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün ilk növbədə Ermənistanın qanuna zidd şəikldə güc tətbiq etməsinin nəticələri aradan qaldırılmalı, Azərbaycanın məcburi köçkünlərin öz evlərinə geri dönmək və öz mülklərini geri qaytarmaq hüquqları təmin edilməlidir. Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri məhz bunu tələb edir və bu, münaqişənin həlli prosesində alver obyekti kimi təqdim edilməməlidir. Təhlükəsizlik Şurasının digər üzvləri də ATƏT məkanında həlli uzanmış münaqişələrin mövcudluğunun qəbuledilməz olduğunu və onların beynəlxalq hüququn norma və prisnipləri, o cümlədən BMT nizamnaməsinin əsasında həllinin vacibliyini vurğulayıblar.

13:00 / 08.05.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 9216
Bu ay: 260679
Ümumi: 14395040
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın