/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Milli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsindən 21 il ötür

Şriftin ölçüsü:  11px13px15px17px

Düz 21 il əvvəl sentyabrın 3-də milli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib. Bununla da blokada şəraitində yaşayan Naxçıvan öz inkişaf yoluna qədəm qoyub. 1991-ci ilin bu günü Naxçıvan əhalisinin təkidi ilə Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Ulu öndər Muxtar Respublikaya rəhbərliyinin ilk günündən iqtisadi islahatlara, xarici ölkələrlə münasibətlərin qurulmasına, o cümlədən müdafiə və hərbi quruculuq məsələlərinə böyük əhəmiyyət verirdi. Elə həmin il, sentyabrın 7-də Naxçıvan Ali Məclisində Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Milli lider Naxçıvan Dövlət Təhlükəsizlik Komitəsinin Moskva ilə əlbir işlədiyini aşkar etdi. Bu təşkilatın fəaliyyətini Ali Məclisin qərarı ilə müvəqqəti dayandırdı. 1991-ci il, dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi İran və Türkiyə ilə sərhəddə tikanlı məftillərin söküldüyü günü - 31 dekabrı dünya azərbaycanlılarının həmrəylik günü elan etdi. Bundan sonra bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasın Ali Sovetində qərar qəbul edildi. «1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında» bəyanatı ulu öndər işləyib hazırladı və sənəd Muxtar Respublikanın Ali Məclisində qəbul edildi. Milli liderin Naxçıvanda yerləşən Sovet ordusu hissələrinin komandirləri və Rusiya rəsmiləri ilə apardığı gərgin danışıqlar nəticəsində 75-ci motoatıcı diviziya və 441-ci sərhəd dəstəsi öz əmlakını Azərbaycan silahlı qüvvələrinə təhvil verərək Naxçıvan ərazisini tərk etdilər. Tezliklə blokada şəraitində olan Naxçıvanla Türkiyə və İran arasında əlaqə yaradıldı və genişləndirildi. Bu dövlətlərlə imzalanmış sənədlər Muxtar Respublikanının vəziyyətini xeyli yüngülləşdirdi. Sədərəkdən köçürülmüş əhali öz doğma yurdlarına qaytarıldı. Naxçıvan aeroportu yenidən quruldu. Culfa və Şahtaxtı-Poldəşt keçid məntəqələri inşa olundu. Naxçıvan üçün həyati əhəmiyyət kəsb edən, xalq arasında «Ümid körpüsü» adlandırılan Sədərək körpüsü tikildi. 1993-cü il, fevralın 5-də Naxçıvanda Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının konsulluğu fəliyyətə başladı. Ümumilli lider Heydər Əliyev ABŞ, Türkiyə, İngiltərə, Fransa kimi ölkələrin səfirləri ilə keçirdiyi görüşlərdə dünya dövlətlərini diqqətini Azərbaycandakı vəziyyətə cəlb edə bildi. Blokada vəziyyətində olan Muxtar Respublikada çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərən ulu öndər mədəniyyətimizin, musiqimizin, elmimizin də qayğısına qalırdı. Onun təşəbbüsü ilə 1992-ci ildə Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənə ilə qeyd edildi. Bir sözlə Naxçıvan Muxtar Respublikası ulu öndərin rəhbərliyi altında inkişaf yoluna qədəm qoydu.

19:00 / 03.09.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 2712
Bu ay: 365912
Ümumi: 13855528
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın