/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Rusiya paytaxtında təntənəli mərasim keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

28 May – Respublika Günü münasibətilə Rusiya paytaxtında təntənəli mərasim keçirilib. Min nəfərdən artıq qonağın qatıldığı tədbirdə Moskvada akreditə olunan xarici ölkə səfirləri, Rusiya xarici işlər nazirinin müavini, Rusiya Prezident Adminstrasiyasının yüksək rütbəli şəxsləri, deputatlar, ali məktəb rektorları və ictimaiyyət nümayəndələri iştirak edib. Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu iştirakçılara müsəlman şərqində ilk demokratik respublikanın tarixindən danışıb. Müstəqil Azərbaycanın suveren dövlət kimi inkişafı, regionda mövqeyi haqda Ətraflı məlumat verib. Diplomat daha sonra prezident İlham Əliyev tərəfindən təltif olunan diaspor üzvlərinin adlarını açıqlayıb. Azərbaycan xalqını təbrik edən Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin isə iki ölkə arasındakı dostluq münasibətlərindən danışıb.

16:00 / 29.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 1325
Bu ay: 164600
Ümumi: 18362760
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın