
«Azərbaycanla İran arasında dərin tarixi münasibətlər mövcuddur. Son vaxtlar Axərbaycanın İrandakı baş konsulluğunun qarşısında keçirilən aksiyaların sayının artması bizi narahat edir» - Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev belə deyib. O, bu cür aksiyaların Azərbaycan-İran münasibətinə xələl vurmaq istəyən qüvvələr tərəfindən törədildiyini vurğulayıb. Qeyd edək ki, Azərbaycanın Təbrizdəki baş konsulluğunun qarşısında keçirilən aksiya şuşanın işğal gününə təsadüf edib. Elman Abdullayev bildirib ki, Azərbaycan faciələri, xüsusilə də Xocalı qətliamı hər kəs tərəfindən qınanmalı və pislənməlidir.
16:00 / 17.05.2012