
Bu gündən etibarən Azərbaycan Rəsmən BMT Təhlükəsizlik Şurasına sədrlik səlahiyyətlərinin icrasına başlayır. Ölkəmiz may ayı boyu şuraya sədrlik edəcək. Sonrakı sədrlik dövrü isə 2013-cü ilin sentyabrında baş tutacaq. Prosedura görə, Təhlükəsizlik Şurasına sədrlik edən ölkə qurumun gündəliyini müəyyən edir. İlk günlərdən bu qurumda öz prinsipiallığı seçilən Azərbaycan bundan sonra da beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Ekspertlər hesab edir ki, rəsmi Bakının ali quruma sədrliyi beynəlxalq imic baxımından böyük əhəmiyyət daşıyır.
Xatırladaq ki, Azərbaycan 2011-ci ilin oktyabrında ilk dəfə olaraq Şərqi Avropadan Təhlükəsizlik Şurasına üzv seçilib.
09:00 / 01.05.2012