
ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi məsələsi Tehranda gündəmə gəlib. İşğalçı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrana rəsmi səfəri çəriçvəsində keçirdiyi görüşlərdə münaqişənin həllinə dair müzakirələr aparıb. İranın xarici işlər naziri Əli Əkbər Salehi bəyan edib ki, ölkəsi münaqişənin həllində vasitəçilik etməyə hazırdır. Onun sözlərinə görə, Tehran Qarabağ münaqişəsiinn sülh yolu ilə həllini arzulayır. «Cənubi Qafqaz regionunda öz maraqlarımız var. Buna görə də bölgədə sülhün bərqərar olmasını istəyirik», - Salehi belə deyib.
09:00 / 30.04.2012