
Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycanın diplomatik nümayəndəliyinin açılış mərasimi keçirilib. Nümayəndəliyin binası qarşısında Azərbaycan bayragı qaldırılıb. Açılış mərasimi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının dördüncü ildönümünə təsadüf edir. Belə ki, Azərbaycanla Monteneqro arasında diplomatik əlaqələr 2008-ci il aprelin 24-də qurulub.
13:00 / 25.04.2012