
Birləşmiş Ştatlar prezidenti Barak Obamanın 24 aprel çıxışında 1915-ci il hadisələrini «soyqırım» adlandırmaması erməniləri hiddətləndirib. Erməni lobbisi növbəti seçkilərdə Obamanın namizədliyini dəstəkləməyəcəklərini bəyan edib. ABŞ prezidentinin çıxışından rəsmi Ankara da narazı qalıb.
Türkiyə Xarici İşlər Nazirliyi 24 aprel çıxışına görə, ABŞ prezidenti Barak Obamaya etirazını bildirib. Nazirliyin yaydığı yazılı açıqlamada bildirilir ki, Obamanın Türkiyə ilə Ermənistan arasındakı tarixi hadisələrə münasibət bildirərkən ermənilərin fikirlərini əks etdirməsi qeyri-obyektiv yanaşmadır. «Tarixi həqiqətləri təhrif edən bu asıqlamanın hər baxımdan problemli olduğu qənaətindəyik. Daxili siyasət qayğısıyla verilən və mübahisəli tarixi hidsələri ayırıca ədalət hissi ilə şərh edən bu cür bəyanatlar 2 ölkə arasındakı münasibətlərin normallaşmasını da çətinləşdirir. ABŞ kimi yaxın müttəfiqimiz Türkiyə-Amerika münasibətilərinə zərər verən bu cür yanaşma ilə problemi daha da böyütməməli, problemin həllinə istiqamələnmiş konstruktiv fikirlər irəli sürməli və müştərək tarixi araşdırmalardan boyun qaçıran Ermənistanı realist və barışdırıcı olmağa sövq etməlidir», - bəyanatda belə deyilir.
Birləşmtş Ştatlar prezidentinin çıxışından narazı qalan erməni lobbisi isə növbəti seçiklərdə obamanın namizədliyini dəstəkləməməyə qərar verib. «Obama 2008-ci ildə verdiyi vədi yerinə yetirmədi. Halbuki o, soyqırım sözünü işlədəcəyinə söz vermişdi». ABŞ-da fəaliyyət göstərən Erməni Milli Komitəsinin bəyanatında belə deyilir. Ermənilər obamanın 15-ci il hadisələrini «Meds yeqem» yəni - böyük fəlakət sözü ilə ifadə etməsini «Ağız gimnasitkası» kimi qiymətləndiriblər. Obamanın Türkiyəyə təslim olduğunu iddia edirlər. «Obama Amerikanın insan hüquqları siyasətini soyuqqanlılıqla görməzliyə vurdu və soyqırımın tanınmaması üçün Ankaranın əlini sıxdı. O, Türkiyəyə təslim olub», - erməni lobbisi bu qənaətdədir.
09:00 / 25.04.2012