/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Sarqsyandan müxalifətə təhdid ismarıcı

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistanda parlament seçkiləri öncəsi siyasi gərginlik artıb. Seçkilərin saxtalaşdırılmasının cəmiyyət tərəfindən kəskin etirazla qarşılanacağını anlayan hakimiyyət «Fövqəladə vəziyyətin hüquqi rejimi haqqında» qanun layihəsi qəbul etməklə müxalifəti hiddətləndirib. İşğalçı Ermənistanda seçki ərəfəsində «Fövqəladə vəziyyətin hüquqi rejimi barədə qanun»-un qəbulu artıq ənənəyə çevrilib. Ekspertlər bunu saxtalaşdırılmış seçkilərin nəticələrini aradan qaldırmağa yönəlmiş addım kimi dəyrələndirirlər. Əslində qanun layihəsi bu ilin əvvəlində parlamentin müzakirəsinə verilmişdi. 131 depuptatdan yalnız 60-ı sənədin lehinə səs verdiyindən müzakirələr dəfələrlə təxirə salınıb. Nəhayət, hakimiyyətin parlamentə təzyiqi nəticəsində seçkiyə 1 ay vaxt qalmış sənəd dırnaqarası səs çoxluğu ilə parlamentdə qəbul edilib. Və ötən həftə sarqsyan sənədi imzalayıb. Müxalif «Daşnaksütyun» və «İrs» partiyaları səsvermədən imtina edib. Sənədin əleyhinə çıxanlar 2008-ci il mart hadisələrini nümunə gətirərək, qanun layihəsini daxili siyasi qarşıdurma şəraitində silahlı qüvvələrin ölkə prezidentinin qərarı ilə proseslərə müdaxilə etməsi üçün imkan yaratdığını bildirirlər. Qeyd edək ki, 2008-ci ildə prezident seçkilərindən sonra müxalifət qüvvələrinin etiraz aksiyalarını dağıtmaq üçün o zamankı prezident Köçəryanın sərəncamı ilə fəfqəladə vəziyyət elan olunub və paytaxt İrəvana ordu qüvvələri yerilib. İğtişaşlar nəticəsində 10 nəfər həlak olub, 200-dən artıq insanın xəsarət alıb. «Daşnaktsütyun» fraksiyanın rəhbəri Vaan Ovanisyan bildirib ki, hakimiyyət qanunu zorla qəbul etdirib. Ordunun ölkə konstitusiyasına ziddi olaraq siyasi proseslərə cəlb edilməsi ciddi təhlükədir. Bu, açıq-aşkar müxalifətə təhdid ismarıcıdır. Qanunun qəbul edilməsi ilə sarqsyana xidmət edən qüvvələr qeyri-qanuni seçkilərin nəticələrinə etiraz edən vətəndaşları ordu vasitəsilə yatırmaq imkanını əldə edib.

13:00 / 16.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 5852
Bu ay: 338163
Ümumi: 20773428
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın