/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Müxalifətin növbəti mitinq şousu

Şriftin ölçüsü:  11px13px15px17px

Radikal müxalifətin “İctimai Palata” adlanan qurumu 20-ci yaşayış sahəsindəki sürüclük məktəbinin həyətində dünən mitinq keçirib. Mitinq icazəli olsa da, ona qatılan insanların sayı heç də icazəsiz aksiyalarda olduğundan çox deyildi. Bu isə onu göstərir ki, radikalların əvvəlki aksiyalara az adam toplaşmasını onların güya icazəsiz keçirilməsi ilə izah etmək cəhdi bəhanədən başqa bir şey deyil. Hər dəfə müxalifətin aksiyasından sonra eyni söhbətlər başlayır: meydana nə qədər adam çıxmışdı?.. Yəni əvvəlcə müxalifət mitinqi keçirir, sonra onun üstünə rəqəmli etiket yapışdırmağa çalışır. Niyə? Niyə mitinqin tələbləri, mahiyyəti, mənası yox, yalnız ora gələnlərin sayı bu qədər önəmlidir radikallar üçün? Çox sadə. Çünki saydıqlarımızın heç biri onsuz da yoxdur. Bu mitinqlər isə ilk növbədə kimlərəsə göstərməlidir ki, Azərbaycanda müxalifət var, özü də filan qədərdir. Ən maraqlısı da elə burada başlayır. Azərbaycanda müxalifətin siyasi çəkisi yerli-dibli olmadığından onun yalnız bioloji çəkisini ölçmək mümkündür. Məsələn, adamın birini orta hesabla 70 kiloqram götürsək, 1200 nəfər o deməkdir ki, meydana 84 ton müxalifət çıxmışdı. Amma 10000 adam isə 700 ton müxalifət edir. Radikallar beləcə, tərəzidə aldatmaqla özlərinin hansısa çəkiyə malik olduğunu göstərməyə çalışırlar. Hər şey bu məqsəd üçündür. Məsələn, azyaşlı uşağı yanına salıb mitinqə gətirmək olar. Qızları cəlb eləmək olar ki, onlar da oğlanları cəlb eləsin. Ya da ki, bu pank və rok həvəsakarı üçün nə fərqi var, boynundakı qulaqlığı harada taxacaq, qoy, elə müxalifətin mitinqində taxsın. Həm mahnıya qulaq asar, həm də müxalifətin kütləsini artırar. Rok demişkən, deyəsən, elə Əli Kərimli də özünü eynilə rok konsertindəki kimi hiss edirdi. Ümumiyyətlə, bizim radikallar özlərini olduğundan daha artıq göstərməyi əla bacarırlar. Məsələn, əgər meydanda seyrəklikdirsə, qabaq sıraları sıx və aktiv təşkil eləmək olar ki, dalın boş olması hiss edilməsin. Sonra ingiliscə bir-iki şüar da yazıb və bütün bunları videoya çəkib, lazımi ünvanlara göndərmək mümkündür. Lazımi ünvan demişkən, İsa Qəmbərin çıxışının əsas tezisi bu idi ki, indi Qərb dövlətləri təzədən Azərbaycanın demokratikləşməsində maraqlıdır. Bu köhnə mahnının təkrarlanmasıyla bütün mətləblərin üstü açılır. Qərb nədəsə maraqlıdır, ona görə də müxalifət sürcülük məktəbinin həyətinə yığışmalıdır. Ona görə də ATƏT-in təmsilçisi bura guya 14 min nəfər, yaxud 980 ton müxalifətin toplaşdığını bildirməlidir. Maraqlıdır, görəsən, özünü və 300-dək jurnalisti də sayıbmı? Bütün bunlar öz yerində, amma mitinqin niyə keçirilməsi doğrudan da, məlum olmadı. Məsələn, tələblərdən biri bu idi ki, sərbəst toplaşmaq azadlığı təmin olunsun. Axı əgər mitinq keçirilirsə, bu, elə o deməkdir ki, sərbəst toplaşmaq azadlığı təmin olunub!

16:00 / 09.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 987
Bu ay: 164262
Ümumi: 18362422
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın