/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Qriqol Vaşadze: «Münaqişələr ərazi bütövlüyü çərçivəsində həll edilməlidir»

Şriftin ölçüsü:  11px13px15px17px

«Cənubi Qafqaz regionundakı münaqişələr sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir». Gürcüstanın Xarici işlər naziri Qriqol Vaşadze Tbilisidə keçirilən «Cənubi Qafqazda təhlükəsizlik» adlı beynəlxlaq konfransda belə bəyanatla çıxış edib. Ermənistanın da təmsil olunduğu beynəlxalq tədbirdə işğal siyasəti pislənilib. Mətbuata qapalı keçirilən konfransda Cənubi Qafqazda təhlükəsizliyin bərpası və münaqişələrin həllinə yardım məsələləri diqqət mərkəzində olub. Qriqol Vaşadze bildirib ki, münaqişələrin həlli üçün başlıca şərt beynəlxalq hüquq normalarının pozulmamasıdır. Ermənistan nümayəndə heyətinin də qatıldığı beynəlxalq konfransda işğalçılıq siyasəti pislənilib və münaqişələrin ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb. Məlumat üçün deyək ki, Cənubi Qafazda təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət gələn ay Bakıda keçiriləcək «Avronest» Parlament Assambleyasının 2-ci plenar sessiyası çərçivəsində də müzakirə olunacaq. Ermənistan nümayəndə heyətinin də qatılacağı tədbirdə Avropa parlamentindən 60, hər üzv ölkədən isə 10 parlamentari olmaqla, ümumilikdə, 110 nəfər təmsil olunacaq. Toplantıda Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində rolu, hətta nizamlama formatının dəyişdirilməsi məsələsinin də gündəmə gələcəyi istisna edilmir. ATƏT-in Minsk qrupu isə israrla iddia edir ki, formatın dəyişdirilməsi prosesə pozitiv təsir etməyəcək. Amerikalı həmsədr Robert Bratke bildirib ki, münaqişənin həlli çox mürəkkəb prosesdir və tərəflər arasında fikir ayrılığı çox dərindir, etimadsızlıq var. Formatın dəyişməsi bu məsələlərin heç birini həll etməyəcək. Artıq razılaşmanın konturları var və yeni formatla təzədən başlamaqdansa, bu formatda prosesə davam etmək lazımdır. Bratkenin fikrincə, Minsk qrupu 20 il ərzində 3 əsas nəticə əldə edib – gərginliyi azaldıb, tərəflər arasında təmas kanalı yaradıb və danışıqlar üçün ümumi bazis formalaşdırıb. Tərəflər arasında ictimai dialoq da olduqca vacibdir və tərəflər bu dialoqdan siyasi məqsədlər üçün istifadə etməyə çalışsa, bu kontaktlar nəticəsiz qalacaq.

13:00 / 22.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 10008
Bu ay: 544910
Ümumi: 15311451
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın