/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Aydın Mirzəzadə: «Bakı bütün beynəlxalq tədbirlərin keçirilməsi üçün tam təhlükəsiz bir məkandır»

Şriftin ölçüsü:  11px13px15px17px

Bakı bütün beynəlxalq tədbirlərin keçirilməsi üçün tam təhlükəsiz bir məkandır. Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mrzəzadə «Avroviziya» mahnı müsabiqəsinə gəlməyi bəhanə edən və hər gün bu bəhanəni təkrar təkrar gündəmə gətirmək istəyən ermənilərə cavab olaraq belə deyib. Aprelin birində Bakıda keçiriləcək «Avronest» Parlament Assambleyasının ikinci plenar iclasına qatılacaq erməni deputatların təhlükəsizliyi tam təmin olunacaq. Əslində rəsmi Bakı ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərdə erməni nümayəndə heyyətinin iştirakını təmin edib və onların təhlükəsizliyini yüksək səviyyədə həyata keçirib. Son 20 ildə ermənistanın yüksək rütbəli şəxslərinin və nümayəndə heyyətlərinin beynəlxalq təşkilatların xətti ilə Azərbaycana gəlişində heç bir problemin olmadığını deyən millət vəkili Aydın Mirzəzadə bildirdi ki, bu günə qədər Ermənistan tərəfi bu məsələdə Azərbaycanla hər hansı problem yaşamayıb. Ermənilər Bakıda keçiriləcək 57-ci «Avroviziya» musiqi yaraşmasından imtina etmələrinin səbəbini təhlükəsizlik məsələləri ilə izah ediblər. «Avronets» Parlament Assambleyasının iclasında erməni deputatların iştirak edəcəkləri ilə bağlı bəyanatları onların «Avroviziya» müsabiqəsi ilə bağlı arqumentlərini alt üst etdi. Aydın Mirzəzadə hesab edir ki, ermənilərin musiqi yaraşmasına qatılmaması əslində Azərbaycanın deyil onların özlərinin beynəlxalq aləmdəki imicinə zərbədir. Aydın Mirzəzadə bildirir ki, Bakı beynəlxalq yaraşların və tədbirlərin keçiridiyi tam təhlükəsiz bir məkandır. Bu baxımdan da burada hər bir ölkə nümayəndəsinin təhlükəsiz şəkildə iştirakı təmin edilir. Ermənilərin bəhanələrinə gəldikdə isə bu mövzuda susmaq daha məsləhətdir. Ancaq susa bilsələr…

19:00 / 21.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 9996
Bu ay: 544898
Ümumi: 15311439
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın