/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Yeni yarımstansiyalar istifadəyə verildi

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev “Bakielektrikşəbəkə” ASC-nin “Gənclik” yarımstansiyası və Tədris Mərkəzinin, həmçinin “İçəri Şəhər” yarımstansiyanın açılış mərasimlərində iştirak edib. Prezident İlham Əliyev əvvəlcə yeni inşa olunan “Gənclik” yarımstansiyasının açılışında iştirak etdi. Dövlət başçısına məlumat verildi ki, yaxınlıqdakı ərazidə yerləşən bir sıra obyektləri elektrik enerjisi ilə qidalandıracaq “Gənclik” yarımstansiyası Bakı II Dairəvi Elektrik sxeminin tərkib hissəsidir. Gənclik meydanı və ətraf ərazilərdəki idarə və müəssisələrin enerji təminatını yaxşılaşdırmaq məqsədi ilə tikilən yarımstansiya paylayıcı şəbəkə üçün müstəsna əhəmiyyətə malikdir. Bu yarımstansiyaların şəbəkələrinin genişləndirilməsi obyektlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir. “Gənclik” yarımstansiyası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev “Bakıelektrikşəbəkə”nin Tədris Mərkəzində yaradılan şəraitlə maraqlandı. Bildirildi ki, tədris mərkəzi dünyanın ən qabaqcıl texnologiyası ilə təchiz edilib. Tədris prosesində elektrik şəbəkəsinin idarə olunması avtomatika vasitəsilə həyata keçiriləcək. Mərkəzdə şəbəkə işçilərinə istehlakçıları dünya standartlarına uyğun elektrik enerjisi ilə təmin etmək üçün tətbiq edilən avadanlıqlardan peşəkarlıqla istifadə edə bilmələri məqsədilə kurslar təşkil olunacaq. Yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev yüksək gərginlikli kabellərin diaqnostika və sınağı zamanı tətbiq edilən səyyar elektrotexnik laboratoriya kompleksi ilə də tanış oldu. Sonra dövlət başçısı “İçəri Şəhər” kompakt yarımstansiyanın açılışında iştirak etdi. Bu yarımstansiya Bakı I dairəvi Elektrik sxeminin tərkib hissəsidir. “İçəri Şəhər” yarımstansiyası şəhərin mərkəzi hissələrini, ətrafındakı obyektlərin, yaşayış sahələrinin enerji təchizatını təmin etməklə yanaşı, həm də dairəvi sxemin yaradılmasında texniki əhəmiyyət kəsb edən və hazırda uğurla istismar olunan güc yarımstansiyasıdır. Yarımstansiya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşiriqlarını verdi.

19:00 / 16.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 12
Bu gün: 9781
Bu ay: 544683
Ümumi: 15311224
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın