/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Radikallar Vestervelledən nə istəyiblər?

Şriftin ölçüsü:  11px13px15px17px

Almaniyanin Güney Qafqazda səfərdə olan xarici işlər naziri Gido Vestervelle Azərbaycanda iki radikal müxalifət partiyasi - AXCP ilə Müsavatin liderləri və onlarin təsiri altinda olan hüquq müdafiəçilər ilə grüşüb. Əlbəttə, burada qeyri-adi bir şey yoxdur. Sadəcə, maraqlidir ki, niyə həmin görüşdə ancaq ənənəvi olaraq Azərbaycanin maraqlarina ziyan vuran, ölkəmizin əleyhinə çixan insanlar iştirak ediblər? Normal məntiqlə yanaşanda, əgər Vestervelleni ölkədəki siyasi müxalifətin və vətəndaş cəmiyyətinin fikirləri maraqlandirirdisa, onda ilk növbədə parlament müxalifəti və neytral mövqedə dayanan qeyri-hökumət təşkilatlariyla bir araya gəlməli idi. Amma o, bunun tam əksini edib. Belə qərarin səbəbi ancaq o ola bilər ki, Bəs görüşdə nələrin danişildiği haqqinda açiq informasiya niyə verilmir? Əslində, tam əminliklə demək olar ki, radikallar yenə də həmişəki mahnilarini oxuyublar. Yəni Əli Kərimli və Isa Qəmbər Vestervelledən Almaniyanin Azərbaycana təzyiq göstərməsini, alman mətbuatinda ölkəmizə qarşi aparilan kampaniyanin davam etməsini xahiş ediblər. Belə görünür ki, Almaniyaya da hazirda elə bu lazim olduğundan məhz, onu istəyən şəxslərlə görüşüb. Danişiqlarin məzmununa gəlincə, məlumatli mənbənin sözlərinə görə, Əli Kərimli Almaniyanin xarici işlər nazirindən radikal müxalifət partiyalarini və onlara yaxin olan QHT-ləri maliyyələşdirmələrini istəyib, əvəzində istənilən sifarişi yerinə yetirməyə hazir olduqlarini bildirib. Görünür, radikallar üçün əsas o deyil ki, kimə, hara, neçəyə və neçə dəfə satilirlar, əsas odur ki, almaq istəyən varsa - bazar olsun. Ona görə də hər dəfə təzə müştəri çixanda ölkənin maraqlari ilə bazarliq etməyə hazirdirlar. Bu insanlar ailənin üzünü qara eləyən naqis uşaq kimidirlər - əgər evə qonaq gəlirsə, gərək nəbadə üzə çixmalarina imkan verəsən, yoxsa, ağizlarina gələni danişib, biabirçiliq törədəcəklər. Bu vəziyyətin dəyişməsi üçün ancaq bir yol var: həmin insanlar xoşluqla başa düşməlidirlər ki, ölkəni və xalqi təmsil etməyə, onun adindan danişmağa heç bir haqqlari çatmir. Əgər hansisa əcnəbi bu iş üçün onlari seçibsə, məhz elə haqqlari çatmadiğina görə seçib. Çünki xaricilərə Azərbaycan xalqinin fikrini deyən yox, onlarin özlərinin fikrini xalqin adindan deyən insanlar lazimdir.

19:00 / 16.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 10029
Bu ay: 544931
Ümumi: 15311472
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın