/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Erməni vəhşiliyi BMT baş katibinə çatdırıldı

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev baş katib Ban Gi Muna Ermənistanın atəşkəs rejimini pozması ilə bağlı məktub ünvanlayıb. Məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən rəsmi sənəd kimi yayılıb. Məktubda bildirilir ki, 2011-ci ilin dekabrında və 2012-ci ilin yanvarında Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində 2 Azərbaycan hərbçisi həlak olub, 1 mülki şəxs yaralanıb. Sənəddə Ermənistan prezdenti Serj Sarqsyanın yanvarın 22-də ölkənin silahlı qüvvələrinin yaradılmasının 20-ci ildönümünə həsr olunmuş konfransdakı bəyanatı da pislənilir. Sarqsyanın bəyanatında Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin əsas səbəbləri, gedişi və nəticələrinin təhrif edildiyi vurğulanır.

13:00 / 16.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 9822
Bu ay: 544724
Ümumi: 15311265
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın