/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev cənub bölgəsində səfərdədir

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyev Masallı rayonunda səfərdə olub.
Dövləti başçısı Masallı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə məlumat verildi ki, ümummilli liderin adını daşıyan park yenidən qurulmuşdur. Burada 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılıb. Parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də “Milli su təchizatı və kanalizasiya xidmətləri” üzrə ikinci layihə çərçivəsində yenidən qurulacaq Masallı şəhər su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısı ikinci layihə çərçivəsində görülən işləri əks etdirən stendlərə baxdı. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Məmmədsadıq Quliyev azərbaycan prezidentinə məlumat verdi ki, Masallıda su təchizatı sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac vardır. Tikintisi 1990-cı ildə dayandırılan kanalizasiya təmizləyici qurğu da yararsız vəziyyətdədir.
Qeyd olundu ki, yeni layihə əsasında Masallı şəhərində adambaşına düşən suyun həcmi gün ərzində 180 litr hesablanmışdır. Bu isə 2030-cu il üçün supaylayıcı şəbəkəyə 24 saat ərzində su verməklə ildə 2 milyon 400 min kubmetr su tələbatı deməkdir. Masallı şəhərinin su təchizatını yaxşılaşdırmaq üçün Viləşçay su anbarı əsas mənbə kimi qəbul olunmuşdur. Yeni layihə çərçivəsində həcmi 5 min kubmetr olan su anbarının inşası da təklif edilmişdir. İçməli su Viləşçay anbarının çıxışından təxminən 400 metr məsafədə yerləşən təmizləyici stansiyaya öz axını ilə daxil olacaqdır. Həmin stansiyanın maksimal gücü gündəlik 22 min kubmetr təşkil edəcəkdir. Bu da Masallı və Cəlilabad rayonlarının içməli su ilə təchizatını təmin etmək üçün kifayətdir. Həmin qurğudan gündəlik 6 min 566 kubmetr su eyni ərazidə yerləşəcək yeni anbara veriləcəkdir və buradan su öz axını ilə boru xətti vasitəsilə supaylayıcı şəbəkəyə ötürüləcəkdir. Bildirildi ki, içməli su şəbəkəsi 5 min kubmetrlik anbarı, uzunluğu 6,8 kilometr, diametri 630 millimetr olan magistral kəmərdən və 121,5 kilometr uzunluğunda, diametri 110-400 millimetrlik paylayıcı su xətlərindən ibarət olacaqdır. Masallı şəhərindəki bütün evlərin bu şəbəkəyə qoşulması təmin ediləcəkdir. Yeni layihəyə əsasən, çirkab su şəbəkəsi və daşıyıcı kollektorların ümumi uzunluğu 111,1 kilometr, boruların diametr isə 200 millimetrdən 800 millimetrə qədər olacaqdır. Toplanan çirkab suları ümumi gücü 37 min əhali ekvivalentinə hesablanmış, saniyədə 242 litr suyu təmizləmək qabiliyyətinə malik, genişləndirilmiş, aerasiya tipli təmizləyici qurğu vasitəsilə emal ediləcəkdir. Bu qurğunun istənilən məsafədən idarə olunması üçün müvafiq SKADA sistemi quraşdırılacaqdır. Hazırda “Meliorasiya və Su Təsərrüfatı” ASC Masallıdan başqa, “Milli su təchizatı və kanalizasiya xidmətləri” üzrə ikinci layihə çərçivəsində Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Cəlilabad, Yardımlı və Lerikdə də müvafiq layihələr həyata keçirir.
Layihə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Masallı şəhərinin yeni su-kanalizasiya sisteminin təməlini qoydu.
Dövlətimizin başçısı gilizi təmələ buraxdı və beton qarışığı tökdü.
Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verdi.
Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Masallı Mədəniyyət Evində aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısı mədəniyyət evinin təmirdən əvvəlki vəziyyətini və təmir işlərinin gedişini əks etdirən stendə baxdı.
Azərbaycan Prezidentinə məlumat verildi ki, 1956-cı ildə inşa olunmuş mədəniyyət evi əsaslı şəkildə təmir edilməmişdir. Rayonun bu əsas mədəniyyət ocağının təmirinə ötən ilin avqustunda başlanmışdır.
Qeyd edildi ki, 358 yerlik tamaşaçı salonundan və digər yardımçı otaqlardan ibarət üçmərtəbəli mədəniyyət evinin bütün infrastrukturu hazırda tamamilə yenidən qurulur. Mədəniyyət evi təmirdən sonra yenidən rayonun əsas mədəni-kütləvi tədbirlər mərkəzinə çevriləcəkdir.
Mədəniyyət evində aparılan əsaslı təmir işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

19:00 / 13.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 12656
Bu ay: 263852
Ümumi: 13753468
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın