/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Prezident İlham Əliyev Astara rayonunda səfərdədir

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident Ilham Əliyev Astara rayonunda olub. Dövlət başçisi ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib və bir sira sosial obyektlərin açilişinda iştirak edib. Prezident İlham Əliyev Astara rayonuna səfərinə xalqimizin ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarətlə başladi. Sonra dövlət başçisi Yeni Azərbaycan Partiyasinin Astara rayon təşkilatinin inzibati binasinin açilişinda iştirak etdi. Bina iki mərtəbəli olmaqla, ümumi sahəsi 700 kvadratmetrdir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zali və xidməti otaqlar yaradilib. Rayon təşkilati rəsmilərinin fəaliyyəti üçün binada hər cür şərait yaradilib. Prezident Ilham Əliyev Astara Olimpiya Idman Kompleksinin açilişinda iştirak etdi. 936 nəfərlik böyük idman zalinda mini futbol, voleybol, basketbol, tennis oynamaq üçün hər cür şərait var. 172 tamaşaçi tutumlu üzgüçülük hovuzu da beynəlxalq standartlar səviyyəsindədir. Trenojor zallarinda idmançilarin məşğul olmalari üçün bütün tələblər nəzərə alinib. Yeni tikilmiş Astara Olimpiya Idman Kompleksi “Idman ili”-nə ən böyük hədiyyədir. Ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlari xüsusi vurğulayan prezident Ilham Əliyev bunun idmanin inkişafina müsbət dinamika verdiyini bildirdi. Idmana dövlət qayğisinin nəticəsi olaraq regionlarda müasir idman komplekslərinin istifadəyə verildiyini və bunun da idmançilarimizin beynəlxalq yarişlarda mühüm qələbələr əldə etməsinə zəmin yaratdiğini qeyd etdi. Azərbaycanin son illərdə sürətli sosial iqtisadi inkişafina toxunan dövlət başçisi bu müsbət tendensiyanin regionlarda ,o cümlədən Astara rayonunda da davam etdiyini bildirdi. Astaraya səfəri çərçivəsində prezident Ilham Əliyev əsasli təmir olunmuş rayon mərkəzi xəstəxanasinda oldu. Dövlət başçisina məlumat verildi ki, 90 çarpayiliq mərkəzi xəstəxana əsasli təmir olunaraq yenidən qurulub və ən müasir tibbi avadanliqlarla təchiz edilib. Xəstəxana ilə tanişliqdan sonra dövlət başçisi həkimlərlə görüşdü. Əsasli təmirdən sonra tibb müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbriklərini çatdiran prezident Ilham Əliyev qeyd etdi ki, indi yaxinliqda yerləşən şəhər və kəndlərin əhalisi də bu müasir xəstəxanadan istifadə edə biləcək. “Insanlarin sağlamliği hər şeydən üstündür”, - deyən prezident Ilham Əliyev ölkədə dünya standartlarina uyğun tibb ocaqlarinin inşa edildiyini, müalicə məqsədilə əhalinin artiq xaricə getməsi üçün ehtiyacin olmadiğini, əksinə digər ölkələrin vətəndaşlarinin Azərbaycandaki səhiyyə ocaqlarina üz tutduğunu bildirdi. Prezident Ilham Əliyev Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun açilişinda da iştirak etdi. Dövlət başçisinin müvafiq sərəncami ilə bu avtomobil yollarinin 10 kilometrlik hissəsi əsasli təmir olunub. Bu yoldan Kijəbə qəsəbəsinin 9 kəndinin 12 minə yaxin əhalisi, eyni zamanda, rayon mərkəzindən 25 kilometr məsafədə yerləşən Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 13 kəndində yaşayan 7 minə yaxin əhali istifadə edir. Sonra dövlət başçisi Kijəbə qəsəbəsindəki bayraq meydanina gəldi və sakinlərlə görüşdü. Prezident Ilham Əliyev bu qəsəbənin inkişafi ilə bağli tədbirlərin davam etdiriləcəyini bildirdi. Astaraya 5 dəfə səfər etdiyini deyən dövlət başçisi qeyd etdi ki, bu qəsəbədə görülən işlər rayonun inkişaf etməsini göstərir.

16:00 / 13.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 31
Bu gün: 14451
Bu ay: 265647
Ümumi: 13755263
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın