/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Xorvatiya prezidenti və xanımı Heydər Əliyev Fondu ilə tanış olub

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç martın 12-də Heydər Əliyev Fondunda olublar. Xorvatiya dövlətinin başçisini Azərbaycan respublikasinin prezidenti Ilham Əliyev və xanimi Mehriban Əliyeva qarşiladilar. Ali qonağa və xanimina Azərbaycan xalqinin ümummilli liderinin xatirəsinə yaradilmiş fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanin tərəqqisinə, mədəniyyətinin inkişafina və tarixinin öyrənilməsinə kömək göstərir. Prezident Ivo Yosipoviç və xanimi ulu öndər Heydər Əliyevin arxivindən götürülmüş və onun fəaliyyətinin ayri-ayri dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla taniş oldular. Fondla tanişliq zamani qonaqlara məlumat verildi ki, ümummilli liderin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurlari kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir. Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatinin ən müxtəlif məqamlarini əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanin taninmiş siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqinda fikirləri ilə taniş oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdilar. Prezident Ivo Yosipoviç və xanimi Tatyana Yosipoviç fondla tanişliqdan sonra xatirə kitabina ürək sözlərini yazdilar. Qonaqlara fondun xatirə hədiyyəsi təqdim olundu. Sonda Xorvatiya prezidenti və xanimi Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə tamaşa etdilər. Xorvatiya prezidenti və xanimi Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrildilar.

09:00 / 13.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 16827
Bu ay: 284868
Ümumi: 13774484
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın