/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Vasitəçilərin yeni danışıqlar planı köhnə təkliflərdən ibarətdir

Şriftin ölçüsü:  11px13px15px17px

ATƏT-in Minsk qrupu həmsədrləri son vaxtlar prezidentlərin görüşlərində səslənən bəyanatları yeni təkliflər adı altında münaqişə tərəflərinə təqdim edir. Siyasi analitiklər hesab edir ki, vasitəçi ölkələr Ermənistana qarşı təzyiq rıçaqlarını işə salmayanadək istənilən təklifin heç bir səmərəsi olmayacaq. ATƏT-in Minsk qrupu həmsədrləri regiona son səfər zamanı münaqişə tərəflərinə yeni danışıqlar planı təklif edib. Bu plan nədən ibartədir və sülh prosesinə təsir edəcəkmi? Siyasətşünaslar hesab edir ki, vasitəçilər son vaxtlar «Yeni təkliflər» adı altında prezidentlərin birgə bəyannamələrindəki detalları önə çəkirlər. Bu isə faktik olaraq, vasitəçilərin fəaliyyətiszliyinin göstəricsidir. Cəbhə bölgəsindəki insidentlərin araşdırılması mexanizmi də vasitəçilərin regiona səfəri zamanı müzakirə olunan əsas məsələlərdən biri olub. Humanitar və xalqlar arasında əlaqələrin genişlənməsi də yeni planın tərkib hissəsinə daxildir. Əlaqələr sülh prosesinin ziyanına siyasiləşdirilməməli, regiondakı xalqlar arasında qarşılıqlı anlaşmanın əldə olunmasına xidmət etməlidir. Vasitəçilərin «Yeni plan» adlandırdığı təkliflər paketində əsas şərtlərdən biri də budur. Analitiklərin fikrincə, xalq diplomatiyasında səssizliyin müşahidə olunmasının əsas səbəbkarı Ermənistandır. İşğalçı ölkənin xalq diplomatiyasına qarşı fobiyası müxtəlif səbəblərlə izah edilir. Siyasi analitiklər hesab edir ki, münaqişə tərəfləri arasında müxtəlif formatlarda görüşlər keçirilə bilər, vaistəçilər müxtəlif təkliflər paketi irəli sürə bilərlər. Amma işğal siyasətindən əl çəkməməsi ilə bağlı Ermənistana təzyiq rıçaqları işə düşməyənə qədər istənilən təklifin heç bir səmərəsi olmayacaq.

13:00 / 09.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 157
Bu ay: 361888
Ümumi: 13186186
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın