/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

H. Klinton erməni lobbisinə cavab verdi

Şriftin ölçüsü:  11px13px15px17px

Erməni lobbisinin uydurma soyqırımın tanınması ilə bağlı ABŞ dövlət katibi Hillari Klintona ünvanladığı məktubun cavabı erməniləri yenə qane etməyib. Buna Ağ Ev rəsmisinin saxta soyqırımı «Siyasi yox, tarixi debatların mövzusu» kimi dəyərləndirməsi və soyqırım ifadəsi əvəzinə «faciə» sözünü işlətməsi səbəb olub. «1915-ci ildə müharibə nəticəsində 1 milyondan artıq erməninin həlak olması faktdır və Birləşmiş Ştatlar bunu inkar etmək istəmir. Bəlkə də bu bir soyqırım nümunəsi idi. Bunu yalnız tarixi araşdırmaların nəticəsi aydınlaşdıra bilər. Hesab edirik ki, belə tarixi məsələləri siyasiləşdirmək yolverilməzdir», - Klintonun erməni lobbisinə cavab məktubunda belə deyilir. Birləşmiş Ştatlarda fəaliyyət göstərən Erməni Milli Komitəsi Klintonun ermənilərin kütləvi şəkildə öldrülməsi faktını təsdiqləməsini seçkiöncəsi erməni seçicilərin rəğbətini qazanmaq istəyilə əlaqələndirib. Komitənin bəyanatında bildirilir ki, xanım Klinton saxta soyqırım iddiaları ilə bağlı həmişə radikal mövqe tutsa da, seçki öncəsi bu mövqedə nisbətən yumşalma gözləniləndir. Erməni lobbisini narahat edən əsas məqam Vaşinqtonun bu məsələyə Türkiyə ilə Ermənistan arasında ikitərəfli əlaqələr konteksindən baxmasıdır. Fransa təcrübəsinə əsaslanan ermənilər ümid edir ki, seçki öncəsi Amerikanın hakim siyasi dairələrində də uydurma iddialarla bağlı nəticə əldə edilə bilər. Onların qənaətincə, Birləşmiş Ştatlar ən yaxın tərəfdaşı olan Türkiyə ilə əlaqələri zəiflətmək istəmir. Bu səbəbdən həmişə saxta soyqırımla bağlı ehtiyatlı mövqe sərgiləyir. Erməni lobbisi seçkilərdən Obama admnistrasiyasına qarşı şantaj vasitəsi kimi istifadə etməyə hazırlaşır.

09:00 / 09.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 3237
Bu ay: 309915
Ümumi: 13799531
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın