/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Avropa İttifaqı iddialıdır

Şriftin ölçüsü:  11px13px15px17px

«Avropa İttifaqı Dağlıq Qarabağ kimi münaqişələrin həllində daha fəal rol oynamağı idida edir. Bu, «Şərq tərəfdaşlığı» proqramının stimullaşdırılmasıdır». İttifaqın genişlənmə və Arvopa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle belə deyib. İşğalçı Ermənistan artıq Avropa Birliyi qarşısında şərt irəli sürməyə başlayıb. İrəvanda hesab edirlər ki, Arvopa İttiifaqı nihamlama prosesində iştirak etmək istəiyrsə, mütləq separatçı qurumların tanınması istqamətində konkret addımlar atmalıdır. Ştefan Fülenin sözlərinə Şərq tərəfdaşlığı proqramı mahiyyət etibarilə özündə Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmuş ölkələri birləşdirir və bu planda həmin ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsiinn yeni yollarını tapmağa və yeni qapılar açmağa imkan verir. Füle bildirib ki, ittiifaq etiadın möhkəmlənməsi tədbirlər görməlidir. «Tərəflərin razılığı əsasında hərtərəfli və tam həllin bir hissəsi olmağa hazırıq». Avropa Birliyinin komissarı belə deyib. İşğalçı ölkə isə ittifaqın münaqişə ilə bağlı son vaxtlar artan fəallığında spekulyativ məqsədləri üçün istifadə etməyə can atır. Belə ki, İrəvanın hakim siyasi dairələrində hesab edirlər ki, Arovpa İtittfaqı nizamlama prosesində konstruktiv mövqe tutmaq istəyirsə, ilk növbədə tanınmamış separatçı qurumlarla əlaqələri möhkəmləndirməli və onların tanınması itmqamətində koknret addımlar atmalıdır. Ermənistanın hakim partiyadan olan deputatı Naira Zöhrabyan bildirib ki, ittifaq təmsilçilərinin Azərbaycanın işğal altındakı bölgələrinə səfərləri müsbət haldır və bunun rəsmi Bakı tərəfindən etirazla qarşılanması birliyin nümayəndələrindən məsələyə daha ciddi yanaşmağı tələb edir. Analitiklər isə hesab edir ki, Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə cəlb olunma istəyi prosesdə inkişafa nail olmaq məqsədi daşıyır. Separatçı Dağlıq Qarabağ rejiminin tanınması ideyası isə prosesə yalnız əngəl törədə bilər. Bu baxımdan birliyin ermənilərin şərtlərini ciddi qəbul etməyəcəyini indidən təxmin etmək olar.

09:00 / 08.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 1794
Bu ay: 165069
Ümumi: 18363229
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın