/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Nazirlər Naxçıvan bəyannaməsi qəbul etdi

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan, Türkiyə və İran İslam Respublikası xarici işlər nazirlərinin Naxçıvanda keçirilən görüşü başa çatıb. Görüşdə tərəflər Naxçıvan bəyanaməsini qəbul ediblər.
Üçtərəfli görüşün proqramına əsasən nazirlər əvvəlcə Muxtar Respublika Ali Məclisinin sədri ilə təkbətək görüşlər keçirdilər. Sonra hər üç ölkənin xarici işlər nazirləri öz aralarında görüşdülər. Bundan sonra nazirlərin üçtərəfli görüşü oldu.
Sonra geniş tərkibdə nümayəndə heyətlərinin toplantısı keçirildi. Toplantıda hər üç ölkə arasında nəqliyyat, ticarət, energetika və turizm sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı razılaşma əldə olundu. Həmçinin ötən gün nazir müavinlərinin görüşündə razılaşdırılan Naxçıvan bəyannaməsi imzalandı. Bu cür qarşılıqlı əməkdaşlıq regionun digər ölkələri üçün bir mesajdır. Gəlcəkdə başqa ölkələr də bu üçlüyə qoşula bilər. Biz Qafqazda sülh və inkişaf istəyirik. Naxçıvanda isə son illər gedən sürətli inkişaf bizi razı saldı. Bunları toplantıdan sonra keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu vurğuladı.
Biz bir ağacın budaqlarıyıq və ortaq tariximiz var. Bunları isə iranın xarici işlər naziri əli Əkbər Salehi bildirdi.
Xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sentyabrında Türkiyənin Van şəhərində keçiriləcək.

19:00 / 07.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 1734
Bu ay: 165009
Ümumi: 18363169
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın