/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Siyasət

Gürcüstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Şriftin ölçüsü:  11px13px15px17px

Gürcüstan prezidenti Mixeil Saakaşvili Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyevin gürcü həmkarı ilə görüşündə ikitərəfli və regional məsələlər müzakirə olunub. Azərbaycana rəsmi səfərə gələn Gürcüstan prezidenti Mixeil Saakaşvilinin rəsmi qarşılanma mərasimi oldu. Dövlət başçısı gürcü həmkarını səmimiyyətlə qarşıladı. Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndikdən sonra dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Mixeil Saakaşviliyə, Gürcüstan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olundu. Rəsmi foto çəkdirildikdən sonra dövlət başçılarının təkbətək görüşü oldu. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu. Bildirildi ki, əlaqələr bundan sonra daha da genişlənəcək. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanla Gürcüstan arasında əlaqələr sürətlə və dinamik inkişaf edir. «Azərbaycanla-Gürcüstan dost və qardaş ölkədir» -deyən dövlət başçısı əmin olduğunu bildirdi ki, Mixeil Saakaşvilinin ölkəmizə növbəti səfəri də məhsuldar olacaq. Gürcüstan prezidenti Mixeil Saakaşvili Azərbaycanın son illərdəki sürətli və dinamik inkişafını yüksək qiymətləndirdi. BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçilməsini Azərbaycan diplomatiyasının böyük uğuru adlandırdı. «Azərbaycan regionun lider dövlətidir» deyən Gürcüstan prezidenti qeyd etdi ki, bu, bütün sahələrdə özünü göstərir. İki ölkə arasında dostluq münasibətlərinə toxunan Mixeil Saakaşvili dedi ki, Azərbaycanla Gürcüstan arasında həll olunmayan hər hansı məsələ yoxdur: «Bəzi hallarda bir çox region dövlətləri bir-birinə problem yaradırlar. Amma bizim ölkələrimiz arasında mövcud olan əsl qonşuluq, dostluq və qardaşlıq münasibətləri nümunədir». Geniştərkibli görüşdən sonra iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalandı. Sonra dövlət başçıları birgə bəyanatla çıxış etdilər.

19:00 / 06.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 11677
Bu ay: 91025
Ümumi: 17311478
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın