/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

Çempionlar Liqasında V tura start veriləcək

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Çempionlar Liqasında V tura start veriləcək. Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək üçün növbəti addımını atacaq. Bu görüşlər 1/8 finala yüksələcək komandaların sayının artması ilə nəticələnəcək. Artıq ilk iki yerdən birini təmin edən Psj, “Bavariya”, “Mançester siti” və “Tottenhem”ə qoşulmaq şansına 12 komanda malikdir. İlk oyun günündə e qrupunda yalnız bir vəsiqə sahibini tapa bilər. Bunun “Sevilya” - “Liverpul” görüşündə rəsmiləşməsi gözlənilir. Qalib gələn komanda 1/8 finala yüksələcək. Matç heç-heçə bitsə, İngiltərə təmsilçisi “Spartak”ın məğlubiyyəti sayəsində buna nail olacaq. F qrupunda “Şaxtyor” 1/8 finala yüksələn ikinci komanda olmağa yaxındı. Bunun üçün Ukrayna təmsilçisi “Napoli”yə uduzmamalıdır. Hətta 2-dən artıq qol vurub, minimal hesabla uduzmaq da Donetsk təmsilçisini növbəti mərhələyə daşıyacaq. G qrupunda “Beşiktaş”la “Porto” mərhələ adlamaq imkanına malikdi. Türkiyəlilər Portuqaliya klubuna uduzmasa, 1-ci yerlə 1/8 finala yüksələcək. Məğlubiyyət də onları növbəti raunda daşıya bilər. Bunun üçün “Leypsiq” də xal itirməlidir. Belə nəticələr qeydə alınsa, elə “Porto” da xoşbəxtlər arasına qoşulacaq. “Real” h qrupundan 1/8 finala yüksələn 2-ci komanda olmaq üçün apoel səfərindən qələbə ilə dönməlidir. Madridlilərə 1 xal da kifayət edə bilər. Amma bunun üçün “Borussiya” da xal itirməlidir.

09:00 / 21.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 7
Bu gün: 3518
Bu ay: 298619
Ümumi: 7853718
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın