/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

İdman

“Qarabağ” daha bir xal qazandı

Şriftin ölçüsü:  11px13px15px17px

Çempionlar liqasında ıı dövrəyə start verilib. Azərbaycan çempionu “Qarabağ” ıv turun ilk oyun günündə meydana çıxıb. Ağdam təmsilçisi səfərdə “Atletiko” ilə görüşüb. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunan “Metroplitano” stadionunda keçirilib. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların duelində qalib müəyyənləşməyib. Qrupda qələbəsi olmayan Qurban Qurbanovun yetirmələri səfərdən 1 xalla dönməyi bacarıb. Oyunda hesabı təmsilçimiz açıb. Miçel 40-cı dəqiqədə künc zərbəsindən ötürülən topu effektli baş zərbəsi ilə tora göndərib. İlk hissəni bu hesabla başa çatıb. İkinci hissədə təzyiqi artıran rəqib bir neçə epizodda qola yaxın olsa da, bu istəyinə 56-cı dəqiqədə nail olub. 3 dəqiqə sonra isə "Qarabağ" meydanda azlıqda qalıb. Dieqo Qodinin üzünə ayaqla zərbə endirən Pedro birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Meydan sahiblərinin say üstünlüyü yarım saat çəkib. Bu müddətdə hesabda önə keçə bilməyən Dieqo Simeonenin komandası 88-ci dəqiqədə saviçi itirib. Serb müdafiəçi ikinci "sarı" ilə oyunu tərk edib. Qalan dəqiqələrdə başqa qol olmayınca matç 1:1 hesablı bərabərliklə başa çatıb. Bu nəticə ilə “Qarabağ”ın 1/8 final şansları davam edir.

09:00 / 01.11.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 9
Bu gün: 1762
Bu ay: 282078
Ümumi: 7061204
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın